Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

“Efir televiziyası, kabel televiziyasının fəaliyyəti tənzimlənirsə, nədən internet televiziyasının fəaliyyəti tənzimlənməsin?”

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O, APA-ya açıqlamasında bildirib ki, Avropa ölkələri optimal variant qəbul etsə, onlar da bu qərarı dəstəkləyəcək.

Buna da bax:​ ‘’Milli-mənəvi dəyərlər’ adlı hüquqi termin yoxdur’

“İnternet televiziyalarının fəaliyyətinin tənzimlənməsi uzun müddətdir müzakirə mövzusudur. Televiziya internetlə, efirlə, peyklə yayımlansa da, fəaliyyət eynidir. Bu məsələyə təkcə kommersiya marağı kimi yox, həm də xüsusi fəaliyyət sahəsi kimi baxmaq lazımdır. İnternetin müsbət tərəfləri var, amma onun fəsadları da həddindən artıqdır”, MTRŞ sədri vurğulayıb.

O, qeyd edib ki, ümumiyyətlə, insanların şüuruna ciddi təsir edən, ictimaiyyəti çaşdıra bilən bütün vasitələrin tənzimlənməsi vacibdir.

“Biz uzun müddətdir bu məsələdə ehtiyatlı mövqe tuturuq. Bəzən bunu mediaya, söz azadlığına basqı kimi də qiymətləndirirlər. Lakin dünya artıq başa düşür ki, bu basqı deyil, sadəcə, cəmiyyətin özünü tənzimləməsidir”.

Buna da bax:​ İnternetə ikili yanaşma

Son zamanlar hökumət qurumlarından internetin tənzimlənməsi ilə bağlı tez-tez çağırışlar eşidilir.

İnternet televiziyalarının tənzimlənməsi barədə fikirlər də ilk deyil.

Əksər ekspertlər bu sahədə xüsusi tənzimləmənin tətbiqinin doğru olmadığını, bunun ölkədə ifadə azadlığına təhlükələr yaradacağını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG