Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:31

►Sitalçay kəndinin sakini müsavatçı olduğuna, hakimiyyəti tənqid edən baxışlarına görə İnternetsiz qaldığını iddia edir

“Kənddə yeganə müsavatçı mənəm. Sosial şəbəkələrdə bu hakimiyyətin yarıtmaz işini gündəlik tənqid edən adamam. Ona görə də 3 ildir evimə internet çəkmirlər. Bunu mənə şifahi cavablarında etiraf etsələr də, rəsmi cavab məktublarında başqa səbəb göstərirlər”.

Xızının Sitalçay kəndindən Malik Zeynalov AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, 3 ildir yaşadığı ünvana internet xətti çəkmirlər.

Buna da bax: Məhkəmə Cəmil Həsənlinin qızına "yox" dedi

“O QƏDƏR BEZDİRDİLƏR Kİ, ƏRİZƏMİ GERİ GÖTÜRDÜM”

Malik Zeynalov azı 5 ildir ki, həmin ünvanın internetlə təmin olunması üçün yaşadığı ərazi üzrə telekommunikasiya qovşağına və “Aztelekom” İstehsalat Birliyinə müraciət edir.

Deyir, 2 illik şifahi müraciətlərdən sonra qərara gəlib ki, rəsmi şəkildə məktub yazsın. 2013-cü ilin oktyabr ayında ilk məktubunu yollayıb. Tezliklə İB cavab yazıb ki, kənddə yeni abunəçilərin internet xətti ilə təmin olunması üçün texniki imkan yoxdur. 3 ay müddətində ünvana internet xətti çəkiləcək.

Vəd olunan müddət başa çatandan sonra “Aztelekom”dan səs çıxmadığını görən Malik Zeynalov növbəti məktubunu yazıb. Bu dəfə də cavab alıb ki, istifadəsində olan telefon xətti uzaq məsafəyə FSM avadanlığı ilə çəkildiyi üçün ünvana internet xəttinin çəkilişi texniki baxımdan mümkün deyil. Gələcəkdə həmin ərazi kabelləşdirildikdən sonra genişzolaqlı internet xətti çəkilişi də həyata keçiriləcək.

“Aztelekom” İB ilə uzunmüddətli yazışmaları dövründə kəndin demək olar ki, yarısının internetlə təmin olunduğunu görən Malik Zeynalov məsələni hüquqi müstəviyə çıxarmaq qərarına gəlir:

“Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət etdim. İnanın ki, sıradan bir məsələylə bağlı məhkəmə aylarla bir qərara gələ bilmədi. 3 aydan çox get-gəl, əsəb, vaxt itkisindən sonra başa düşdüm ki, bunun da faydası yoxdur. Hər gün boşuna Xızıdan Sumqayıta gedib gəlirdim. Bu get-gəllərlə o qədər bezdirdilər ki, ərizəmi geri götürdüm”.

Buna da bax: Ana oğlunun ailəsini evə buraxmır- [Məhkəmə]

AYDA AZI 50 MANAT İNTERNETƏ...

Malik Zeynalov “Bakcell” datakartından istifadə edir. Ancaq deyir, müəllim məvacibi ilə bu datakartdan istifadə sərfəli deyil. Çünki 30 gün ərzində azı 50 manat xərcləməlidir.

O, internetsiz qalmasını siyasi baxışları, sosial şəbəkələrdə gündəlik tənqidi fikirlər paylaşması ilə əlaqələndirir.

Xızı Telekommunikasiya Qovşağından isə bildiriblər ki, FSM avadanlığı ilə qoşulmuş xətlərin ləğv edilməsi regionlarda “Multimedia xidmətlərinin inkişafı” layihəsində nəzərdə tutulub. Gələcəkdə həmin layihə həyata keçirildikdə onun yaşadığı ünvana internet çəkilməsi nəzərə alınacaq.

“Nəzərdə tutulan gələcək yaxındamı, uzaqdamı?” - bax, bu sual Malik Zeynalov üçün qaranlıq qalıb.

Həmçinin bax: İnternetin kəsilməsi sizə necə təsir etdi?

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG