Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Finlandiyalı 10 yaşlı uşaq foto-video paylaşım şəbəkəsi Instagram-da boşluq tapıb.

BBC-nin xəbərinə görə, Jani adlı məktəbli istifadəçilərin şərhlərini silən bir xətanı tapıb.

Instagram-ın sahibi olan Facebook boşluğun aradan qaldırıldığını açıqlayıb və məktəbliyə 10 min dollar mükafat verib.

QARDAŞLARINA VELOSİPED VƏ KOMPÜTER ALACAQ

Jani indiyədək proqram xətası tapıb mükafat alanların ən kiçiyidir. O, boşluğu fevral ayında aşkara çıxarıb və Facebook-a e-mail göndərib. Instagram-a üzv olmağa yaşı çatmadığından, şirkət ona sınaq hesabı açaraq problemi sübut etməsini istəyib. Jani bu istəyi gerçəkləşdirib.

Finlandiya qəzetlərindən biri Jani-dən müsahibə alıb. O, qazandığı pulla qardaşlarına velosiped, kompüter, futbol gərəkləri alacağını deyib.

Facebook 2011-ci ildən bəri belə boşluqları tapanlara ümumilikdə 4.3 milyon dollar ödəyib.

XS
SM
MD
LG