Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:30

Məhsullarını 'Instagram'dan satanlara xoş xəbər


Instagram
Instagram

Dünyada bir çox şirkət satış gerçəkləşdirərkən, «Instagram»dan faydalanır. Bunu nəzərə alan sosial şəbəkə kiçik şirkətləri dəstəkləməyin yeni üsulunu tanıdıb.

«Business Profile» adlanan yenilik şirkətlərə müştərilərlə əlaqə qurmağa yeni imkanlar açır.

Yenilik müştərilərin müraciətlərini «Instagram»dan ayrılmadan e-mail və zənglə cavablamaq imkanı verir. Bundan ötrü ayrıca «Contact» bölməsi var. Müştərilər buradan dükanın ünvanına da baxa bilərlər.

PAYLAŞIMLARI DAHA ÇOX MÜŞTƏRİ GÖRƏCƏK

«Insights» bölməsiylə şirkətlər hədəf kütləsinə daha asan çatacaqlar. Onlar paylaşımları nə qədər adamın gördüyünü, bəyənmə nisbətlərini, profilə kimlərin baxdığını da biləcəklər.

Paylaşımların daha çox insana çatması üçün reklamdan da faydalanmaq mümkündür. «Promote» bölməsindən reklamın hədəf kütləsini də tənzimləmək olar.

Əvvəlcə ABŞ, Avstraliya və Yeni Zelandiyada aktivləşən yeni funksiyalar ilin sonunadək digər ölkələrdə də işlək olacaq.

XS
SM
MD
LG