Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:19

'Azərbaycanda yeni repressiyalar başlayıb' - HRW


Arxiv fotosu
Arxiv fotosu

“Azərbaycanda vətəndaş fəallarına qarşı yeni repressiya dalğası başlayıb. Avqustun 12-dən bəri bir neçə gənc fəal həbs olunub”.

Human Rights Watch beynəlxalq insan haqlarını müdafiə təşkilatının avqustun 19-da açıqlanan bəyanatında belə deyilir.

Bəyanatda qeyd edilir ki, əvvəlki kimi fəallar narkotik maddə saxlamaqda ittiham olunurlar.

“NİDA-çı gənc Elgiz Qəhrəmanov bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsində saxlanılıb və yanına vəkil buraxılmayıb. O, avqustun 12-də Bakının mərkəzində saxlanıb və guya onun cibində 3.315 qram heroin tapılıb. Onu 12 ilədək həbs cəzası gözləyir. Son üç ildə Azərbaycan hökuməti fərqli düşünənləri sıxışdırır, onlarla siyasi fəalı, hüquq müdafiəçisini, jurnalist və tənqidçini həbsə alır”, HRW qeyd edib.

Təşkilat əlavə edir ki, avqustun 12-də REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli də həbs edilib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur:

“Baş Prokurorluq sui-istifadə ittihamı üzrə cinayət işi qaldırıb, onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Avqustun 15-də fəallar Elşən Qasımov və Toğrul İsmayılov guya polisə tabe olmamaq ittihamı ilə həbs olunublar.”

Sənəddə vurğulanır ki, REAL hərəkatı Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinədir.

HRW hökuməti repressiyalara son qoymağa, həbs olunanları azad etməyə, azadlıq və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməyə çağırır.

Ancaq bu günlər ayrı-ayrırəsmilər bəyan ediblər ki, Azərbaycanda heç kim siyasi baxışlarına görə, həbs edilmir. Hakimiyyət təmsilçiləri bildirirlər ki, siyasi baxışlarına görə, tutulduğu deyilən şəxslər konkret əməllərinə görə, cavab verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG