Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52

"Hakimlərə səyahət qadağası qoyulsun!"


Florian Irminger
Florian Irminger

-

“Əvvəllər bir qırmızı xətt var idi - deyirdilər ki, "top liderlər", məsələn, İntiqam Əliyevin həbsi artıq qırmızı xətti keçməkdir. İndi bizi düşündürən sual budur ki, qırmızı xətt hardan keçir?”

Insan Haqları Evi Fondunun (90 QHT-ni birləşdirən İnsan Haqları Evi Şəbəkəsinin katibliyi) Cenevrə bürosunun rəhbəri Florian İrminger AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda insan haqlarının durumundan danışıb, qurumun hökumətdən və beynəlxalq ictimaiyyətdən gözləntilərini bölüşüb. Müsahibəni təqdim edirik.

- Təmsil etdiyiniz qurum Azərbaycanda insan haqları sahəsindəki son durumu necə qiymətləndirir?

- Xədicə İsmayılın həbsindən sonra sanki dairə qapanıb - ölkənin əsas aparıcı ictimai və siyasi fiqurlarının demək olar ki, hamısı həbs olunub, ya da həbs qorxusu ilə ölkəni tərk ediblər. İndi sual budur ki, bəs növbəti mərhələ nə olacaq?

İnsan haqlarının vəziyyəti ilə bağlı ən pis məqam ondan ibarətdir ki, biz özümüz-özümüzdən soruşuruq ki, növbəti hadisə nə olar bilər? Biz ölkə daxilində işi davam etdirənlər üçün narahatıq - onlar lider olmasalar da, gəncdirlər, cəsarətlidirlər və hələ də işləyirlər.

- Bəs “növbəti mərhələ nədir?” sualına özünüzün cavabınız varmı?

- Mən proqnoz verə bilmərəm. Amma çağırış edə bilərəm. Ölkədə son iki ildə baş verənləri nəzərə alsaq, beynəlxalq ictimaiyyət ilk növbədə aydın şəkildə “yetər” mesajını verməlidir.

Bu da o deməkdir ki, Azərbaycan hökuməti ağrını hiss etməlidir: hökumətlə heç bir siyasi razılaşma imzalanmamalıdır. Axı Avropa Birliyi insan haqları bu vəziyyətdə olduğu halda niyə Azərbaycanla viza tənzimlənməsi barədə saziş imzalayır?!

Azərbaycan hökuməti ağrını hiss etməlidir: hökumətlə heç bir siyasi razılaşma imzalanmamalıdır. Axı Avropa Birliyi insan haqları bu vəziyyətdə olduğu halda niyə Azərbaycanla viza tənzimlənməsi barədə saziş imzalayır?!

Başqa bir addım siyasi sanksiya ola bilər- məsələn, Avropa Şurasında nümayəndə heyətinin iştirakını dondurmaq.

Indiki halda ölkədə azad və ədalətli seçkidən danışmaq mümkün deyil. Bu səbəbdən də nümayəndə heyətinin fəaliyyəti dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət hədəfli sanksiya tətbiq etməli - qanunu pozaraq jurnalistləri, ictimai fəalları həbs edən prokurorlara, hakimlərə səyahət qadağası qoyulmalıdır.

- Avropa liderləri ilə söhbətlərinizdə yəqin bu məsələləri qaldırırırsız. Onların reaksiyası necə olur?

- Başqalarının adından danışmaq çətindir. Biz onların yanaşmasını dəyişmək istəyirik.

Əvvəllər bir qırmızı xətt var idi - deyirdilər ki, "top liderlər", məsələn, İntiqam Əliyevin həbsi artıq qırmızı xətti keçməkdir. İndi bizi düşündürən sual budur ki, qırmızı xətt hardan keçir?

Avropa Birliyi, Avropa Şurası, ABŞ Azərbaycanı daha “doğru yolda olan gənc demokratiya” adlandırmamalıdır, çünki çoxdandır ki, bu ölkə doğru yolda deyil. Beynəlxalq ictimaiyyət artıq Azərbaycan hökumətinə deməlidir ki, siz qırmızı xətti keçib çox uzağa getdiniz...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG