Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Oktyabrın 22-də Bakıda “British Council-Azərbaycan” təşkilatı tərəfindən yeddinci “Birləşmiş Krallıqda təhsil” sərgisi açılıb.

Sərginin açılış mərasimində çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts iki ölkə arasında təhsil əlaqələrinin əhəmiyyətindən danışıb.

Səfir Böyük Britaniyanın universitetləri, digər təhsil ocaqları barədə məlumat verib. O, dünyanın ən nüfuzlu təhsil müəssisələri arasında onların layiqli yer tutduğunu diqqətə çatdırıb.

Səfir hər il təxminən 600 min gəncin ingilis dilini mükəmməl öyrənmək üçün Böyük Britaniyaya getməsindən danışıb.

Sərgi oktyabrın 23-də başa çatacaq.

Tədbirdə Birləşmiş Krallığın 17 universitet, məktəb və kolleci iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG