Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:31

İnflyasiya yenə ikirəqəmli oldu


Bazar
Bazar

2016-cı ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 2015-ci ilin eyni dövrünə nisbətən 10.6 faiz bahalaşdığı bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri 12, qeyri-ərzaq məhsullarının qiymətləri 15.5, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 4.7 faiz artıb.

Bu ilin iyulunda iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin 0.3, ərzaq məhsullarının qiymətlərinin isə 1.6 faiz düşdüyü bildirilir. Qeyri-ərzaq məhsullarının 0.2, əhaliyə göstərilən ödənişli xidmətlərin də 1 faiz bahalaşdığı açıqlanıb.

YUMURTA UCUZLAŞIB, MƏİŞƏT CİHAZLARI BAHALAŞIB

Ay ərzində qarabaşaq, yulaf, arpa yarmasının, mal, toyuq ətinin, kərə və bitki yağlarının bahalaşdığı bildirilir. Habelə, şəkər, şəkər tozunun, limonun, albalının, gilasın, əriyin, çiyələyin, göyərtinin, sarımsağın və soğanın bahalaşdığı açıqlanır,

Makaron məmulatlarının, balıq məhsullarının, yumurtanın, almanın, armudun, bananın, alçanın, şaftalının, qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, çuğundurun və kartofun ucuzlaşdığı deyilir.

İyul ayında parçaların, ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebellərin, müxtəlif ev əşyalarının, xalçaların, məişət cihazlarının, televizorların, kompyuterlərin, telefon və fotoaparatların qiymətlərində artım olduğu bildirilir.

İSTİRAHƏT TURLARININ QİYMƏTLƏRİ QALXIB

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı, hava, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərinin artdığı da qeyd edilir. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklərin baş vermədiyi bildirilir.

XS
SM
MD
LG