Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 11,2 faiz bahalaşıb. Ərzaq məhsullarının 12,7, qeyri-ərzaq məhsullarının 15,9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz bahalaşıb. Ərzaq məhsullarının 4, qeyri-ərzaq məhsullarının 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz artıb.

Yumurta və toyuq əti bahalaşıb

Ay ərzində düyünün, unun, çörəyin, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının qiyməti bahalaşıb. Habelə, mal, qoyun, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, südün, yumurtanın, kərə və bitki yağlarının qiymətinin artdığı bildirilir.

Buna da bax:​ Uçot dərəcəsi artsa da, inflyasiya cilovlanmır

Bundan başqa, şəkər, şəkər tozunun, limonun, bananın, üzümün, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kartofun, kökün, çuğundurun, sarımsağın, tütün məmulatlarının qiymətlərində də artım var.

Almanın, balqabağın, soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabılarınqiymətlərində artım baş verib. İnşaat materiallarının, mebel və ev əşyalarının da bahalaşdığı açıqlanıb.

Buna da bax:​ Deputat "yumşaq devalvasiya"dan danışır

Habelə, məişət cihazlarının, televizor, telefon, fotoaparat, kompüter, dəftərxana ləvazimatlarının, minik avtomobillərinin ehtiyat hissələrinin qiymətlərində də artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Kosmetik xidmətlər də elə…

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşımada qiymətləri azalıb.

Ali təhsil müəssisələrində təhsil haqlarının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə haqlarının, paltarların təmizlənməsinin, təmiri xidmətlərinin və kosmetik xidmətlərin qiymətləri isə artıb.

XS
SM
MD
LG