Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

“Sonuncu monitorinq imtahanlarında iştirak edənlərin 30 faizi heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”.

Bunu oktyabrın 24-ü Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminarda çıxış edərkən deyib.

Buna da bax:​ 9-cu siniflərin imtahanları 2 mərhələdə olacaq

APA-nın xəbərinə görə, şura sədri gələn il 9-cu siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlərin yeni kurikulumla təhsil aldıqlarını yada salıb. O, yeni kurikuluma əsasən dərsliklər yazıldığını, ancaq tapşırıqların uşaqların biliyini qiymətləndirməyə kifayət etmədiyini söyləyib.

“Ona görə də 2013-cü ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqları topluları hazırlamağa başlayıb. Bu vaxta kimi V-VI-VII-VIII siniflər üzrə test kitabçaları var. IX siniflər üzrə test tapşırıqları kitabçası isə dekabr ayında hazır olacaq”, deyən Məleykə Abbaszadə gələn il buraxılış imtahanında 113 min abituriyentin iştirakının gözlənildiyini bildirib.

Buna da bax:​ Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək

Azərbaycandan monitorinq imtahanlarının keçirilməsinə 2013-cü ildən başlanıb. 4 il ərzində aparılan monitorinq imtahanlarının bütün ölkəni əhatə etdiyi bildirilir.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir. Yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsindən ötrü aparılan islahatların və yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG