Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:51

►İmişli sakinləri su ilə sınağa çəkildiklərini, su idarəsinin rəisi isə onların yalan danışdıqlarını deyir

“Yayın istisində bu boyda binaya su gəlmirsə, indi görün, burda necə biabırçı vəziyyətdir”.

İmişli şəhəri, Əzizbəyov küçəsindəki 81 saylı binanın sakinlərinin deməsinə görə, son 1 həftədə “Azərsu” ASC-nin “Qaynar xətt”inə etdikləri zənglər cavabsız qaldığı üçün çarəsizlikdən AzadlıqRadiosunun “Qaynar xətt”inə zəng vurmaq qərarına gəliblər. Sakinlərin şikayəti susuzluqdandır.

Bina sakini Vasif Azadovun sözlərinə görə, su idarəsi binaya suyun verilməməsinin səbəbini su nasoslarının sıradan çıxması ilə izah edir:

“İmişli Su-kanalı idarəsiylə dəfələrlə əlaqə saxlamışıq. Deyirlər, çənlərə su vuran nasoslar sıradan çıxıb. Hər gün bizi aldadırlar ki, “sabah problem həllini tapacaq”. Ancaq 1 həftə keçib, hələ də binaya su verilmir. 5 mərtəbəli binadır. Tualet, hamam dolub. Adam murdarçılıqdan evə girmək istəmir. Yay vaxtıdır, işdən gəlirsən, əl-üzünü yumağa bir ovuc su tapmırsan. O boyda su idarəsində bir nasosu dəyişə bilmirlər”.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

“SƏNAYE SUYU DAHA KEYFİYYƏTLİDİR”

Sakinlərin deməsinə görə, problem təkcə nasosların işləməməsi ilə bitmir. Şəhərə verilən içməli suyun keyfiyyəti də onları qane etmir. Buna görə də içməli sudan ötrü Şəkər Zavodunun həyətinə üz tuturlar. Zavodun girişindəki su kranının qarşısında hər gün uzun-uzadı növbə olur.

“Halbuki, həmin su sənayedə istifadə olunan sudur. Sadəcə, adamlar düşünür ki, sənayedə istifadə olunan su şəhərə verilən içməli sudan daha keyfiyyətlidir”.

Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasına 2012-ci ildən başlanılıb. Sakinlər deyir, su xətləri yenilənsə də, kanalizasiya sisteminin qurulması yarımçıq qalıb. Çirkab suların axıdılması üçün ümumi uzunluğu 125 kilometr olan kanalizasiya şəbəkəsinin, 15,7 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi ləngiyir. Gələcəkdə tullantı suların şəhərin kənarında tikiləcək çirkab su təmizləyici qurğuya ötürüləcəyi planlaşdırılır. Hələliksə, çirkab sular şəhərdən kənara yerüstü kanallarla ötürülür.

“NASOS QURAŞDIRILIR”

İmişli “Su-kanal” idarəsinin rəisi Etibar Tağıyev sakinlərlə razılaşmır:

– Su nasosu sıradan çıxmışdı, ancaq o anlama gəlmir ki,şəhərə su verilmir. Bu gündən etibarən sıradan çıxan nasos quraşdırılır, şəhərin bütün istiqamətində su verilir.

– Adamlar deyirlər ki, su keyfiyyətsiz olduğundan içməli suyu Şəkər Zavodun həyətindən daşıyırlar.

– Bunu kim deyirsə, təxribat eləyir. Tamamilə həqiqətə uyğun deyil. İmişli şəhərinin su təchizatı yenidən qurulub və əhaliyə ən yüksək səviyyədə, standartlara uyğun içməli su verilir. Bunu deyən kimdirsə, gəlsin, bərabər gedək suyun mənbəyinə, obyektlərə baxış keçirək, and olsun bizi yaradan Allaha, bunu deyən yalan danışır.

Buna da bax: "11 nəfərlə 16 kv/m-lik otaqda yaşayırıq"

Günün bütün mövzuları

XS
SM
MD
LG