Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Rəhbər də susur, işçilər də...


►Dövlət müəssisə və təşkilatlarında çalışanların sayı bir ayda 7 min 400 nəfər artsa da, özəl şirkətlərdə çalışanların sayı aybaay azalır

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 1-ci rübün yekunlarına görə, dövlət sektorunda 890 min 600 nəfər çalışır.

İl başlanandan bəri dövlət müəssisələrinə 13 min 200 nəfər işə qəbul olunub. Şirkətlərdə isə azalma gedir – eyni dövrdə 9 min nəfər ixtisar edilib.

Heç də o demək deyil ki...

Bu rəqəmlər heç də o demək deyil ki, dövlət sektorunda işlər özəl bölümdən daha yaxşı qurulub. Sadəcə, hökumət tapşırıb ki, ölkədə içsizlik səviyyəsi idarəolunan səviyyədə saxlanmalıdır. Hətta dövlət büdcəsinin və müəssisələrin ziyanına olsa da.

İşçilər, əsasən, dövlət neft şirkətinə, yol təsərrüfatına, su təchizatı və kommunal müəssisələrinə, eləcə də polis sisteminə qəbul edilməkdədir. Nəticədə, maaşa baxanların sayı ilin əvvəlindən bəri 4 min 200 nəfər artaraq, 1 milyon 500 min nəfərə çatıb.

Mayın 20-də iki ayın maaşını alacaqlarına söz verildi

Bütün bunlarla yanaşı, son aylarda ölkədə əməkhaqqının verilməsində çox ciddi ləngimələr diqqət çəkir və zaman-zaman, sosial gərginlik də doğurur.

Mayın 17-də baş verən bir olay buna misaldır. SOCAR-ın sifarişi ilə Sumqayıtda karbamid zavodunun tikintisində çalışan bir qrup fəhlə yaxınlıqdakı bir neçə dəqiqəliyə Bakı-Quba yolunu qapadıb. Səbəb – maaşların 2 ay gecikdirilməsidir. Danışıqlardan və mayın 20-də maaşların veriləcəyi vəd ediləndən sonra fəhlələr yolu açıblar.

Sumqayıt Texnologiyalar Parkındakı (STP-də) durum daha ciddi təsir bağışlayır. Müəssisədə çalışan Bayram Qurbanov AzadlıqRadiosuna deyib ki, o da, başqa işçilər də yanvardan bəri əmək haqlarını ala bilmirlər:

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandakı işgəncə metodları: "Slonik", falaqqa...
Qiyas İbrahimin anası: «O gətirdiklərini mənim yatağıma qoydular»

____________________________________________________________

«Sonrakı 3 ayın maaşı da ödənilməmiş qalır»

«Müəssisə işləyir. Di gəl, yanvarın maaşı hələ tam verilməyib. Sonrakı 3 ayın maaşı da ödənilməmiş qalır. Buradan başqa qazanc yerim yoxdur. Mənim kimi, başqalarının da. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən «Azertexnolayn» MMC-də də maaşın gecikməsi var. Orada fəhlə işləyən dostlarım deyirlər ki, sifarişlər yerinə yetirilib, amma nə işdirsə, müəssisə pulunu ala bilmir».

İş yerlərini itirməkdən çəkindikləri üçün STP-də və «Azertexnolayn» MMC-də çalışanlar əmək haqlarının ödənilməməsinə etirazlarını bildirməyə cəsarət etmirlər.

Maaş problemi ilə üzləşən müəssisə rəhbərləri isə susmağa üstünlük verirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG