Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 00:18

İlqar Məmmədov referendumdan yazdı


Arxiv fotosu: Konstitusiyaya dəyişiklik üçün 2009-cu ildə keçirilən referendumdan görüntü.

Arxiv fotosu: Konstitusiyaya dəyişiklik üçün 2009-cu ildə keçirilən referendumdan görüntü.

►“Biz möhkəm dursaq, bu planın üstündən xətt çəkə bilərik”

“Qarabağ münaqişəsində vasitəçiliyin nəzəri, amma həm də çox praktiki boyutlarından biri-axtarılan siyasi rejim tipinin müəyyənləşdirilməsidir. Avtoritar rejimlərə hər hansı bir sülh planını xaricdən məcburi qəbul elətdirmək mümkündür. Elə avtoritar olduqları üçün də rejimlər həmin planı xalqa yedizdirə biləcəklər ”.

REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədov Azərbaycan Konstitusiyasına dəyişikliklər təklifinə həsr etdiyi məqaləsində belə yazır.

Siyasətçi qeyd edir ki, bu yanaşma 2016-cı ilin aprelinədək üstünlüyə sahib idi

“Apreldə hər kəs anladı ki, zorakılığın hər yeni dalğası genişmiqyaslı müharibənin birinci səhnəsinə getdikcə daha çox bənzəyir. Lakin çıxarılan nəticə yenə də mənafelərimizə ziddir. Kimsə düşünür ki, nisbətən mülayim diktatura sülhə çata bilmədisə, daha sərti - ən azından tərəflərin birində qurulsa – bunu mümkün edər”, İ.Məmmədov yazır.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Xaricilərin dəstəyi olmadan İlham Əliyev...

İ.Məmmədovun fikrincə, Konstitusiya Referendumu idarəetmədə və hakimiyyətin ötürülməsində sülaləçiliyin möhkəmləndirilməsinə yönəlib:

“Konstitusiya Referendumunu ölkəmizdə ciddi maraqlara yiyələnən bəzi xaricilərin dəstəyi olmadan İlham Əliyev elan edə bilməzdi. 18 iyul 2016-cı il təşəbbüsü arxasında kim durursa dursun-istər ingilis şahzadəsi Endrü, istər Aviqdor Liberman, istər Putin, istərsə də Hulliburton şirkətinin yetkililəri, bu sülalə referendumu köklü dəyişiklikdən xəbər verir. Yəni, daxili məsələlərdə özbaşnalığın dozasını artırmağa icazə alınıb ".

Buna da bax: 'İlqar Məmmədov azad edilməlidir'

"İki millət – bir cür dövlət”

İ.Məmmədov qeyd edir ki, Ermənistandakı rejimin Azərbaycanda qurulması düşünülən daha da sərt diktaturanın tayı olub-olmayacağı, hələ, aydın deyil:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Bəlkə də bu dəfə oyun "daha liberal Ermənistan daha diktatorçu Azərbaycana qarşı” qaydaları ilə keçiriləcək. Bəlkə də bu, tapılması Ermənistan xalqının öhdəsinə buraxılacaq məchuldur. İndiyədək Azərbaycan və Ermənistan "iki millət – bir cür dövlət” olmuşlar”.

İlqar Məmmədov yazır ki, bu plan İlham Əliyevin xarici dostlarınındır, bütün beynəlxalq aləmin deyil:

“Doğrudur, onun xarici dostları zəif deyillər: onlar ona 2013-cü il yanvarın 23-də Azərbaycandakı siyasi məhbuslarla bağlı AŞPA səsverməsini qazandırdılar. DTİHB ( Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) ilə bir qovğa tamaşası qurub 2015-ci il parlament seçkilərinin saxtalaşdırılması işini faktiki olaraq asanlaşdırdılar. Onlar, hələ də, ABŞ Konqresində onun rejiminə qarşı hazırlanan sanksiyalar qanunu layihəsini ertələməyi bacarırlar”.

REAL-ın lideri sonda vurğulayır ki, “biz möhkəm dursaq nə Dağlıq Qarabağ münaqişəsini həll edəcək, nə də regionumuzda demokratiyanı gücləndirəcək olan bu planın üstündən xətt çəkə bilərik ”.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Ancaq məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG