Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Xorvatiya Azərbaycana bərə gəmiləri təklif edir


Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumu. 25okt2016

Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumu. 25okt2016

“Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

Prezident İlham Əliyev oktyabrın 25-də Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında belə deyib.

Buna da bax:​ Bakıda Azərbaycan–Xorvatiya Biznes Forumu keçirilir

APA-nın xəbərinə görə, ölkə başçısı xorvatiyalı həmkarı ilə müzakirələr haqda danışaraq iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirdiklərindən bəhs edib.

İ.Əliyev qeyd edib ki, Azərbaycanda çox münbit sərmayə atmosferi var.

İşsizlik, yoxsulluq 5 faizə endirilib

Prezidentin sözlərinə görə, Azərbaycan postsovet məkanında adam başına düşən ümumi daxili məhsulun ( ÜDM) həcminə görə birinci yerdədir. Azərbaycana yatırılan 200 milyard dolların yarısı xarici sərmayə olub.

“Biz, hələ, də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik. Bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”, ölkə başçısı deyib.

Buna da bax:​ Anlaşılmaz təzad: İşsizlər artır, işsizlik artmır

O, Azərbaycanda bütün sərmayələri dövlətin qoruduğunu da xüsusi vurğulayıb. Prezident ölkədə sabitliyin hökm sürdüyün, neft qiymətləri ilə bağlı böhranın Azərbaycana sərmayələr qoyulmasına yaxşı imkanlar yaratdığını qeyd edib.

“Daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim”

“Biz neft qiymətlərini unutmaq əzmindəyik. Mən Azərbaycana daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim. Amma bu, qarşılıqlı maraq, fəaliyyət üzərində qurulan bir prosesdir. Sərmayələr, şirkətlər iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Ümid edirəm ki, biznes dairələrimizin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək”.

Prezident SOCAR-ın, özəl şirkətlərin qonşu ölkələrə milyardlarla sərmayələr yatırdığını, Azərbaycanın böyük çeşiddə kənd təsərrüfatı məhsulları ixrac etdiyini də vurğulayıb.

Buna da bax: ÜDM də azalır, vətəndaşların gəliri də...

Bir neçə aydan sonra Şərq-Qərb Nəqliyyat Dəhlizinin başa çatmasının qeyd olunacağını bildirən İ.Əliyev Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcəyini bildirib.

Xorvatiya gəmi təklif edir.

Xorvatiya prezidenti Kolinda Grabar-Kitarović isə çıxışında Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizindən ötrü Xorvatiyanın özəl bərə gəmiləri təklif edə bilməsindən danışıb.

“Söhbət təkcə enerji və nəqliyyat sahəsindən getmir. İqtisadiyyatın digər sahələrində də böyük imkanlar var və Xorvatiya şirkətləri bundan bəhrələnməlidir. İşgüzar dairələrimiz gözəl siyasi əlaqələrimiz səviyyəsində fəaliyyət göstərə bilmir. Bunu eyni qaydada Azərbaycana da şamil etmək olar. Azərbaycanla Xorvatiya arasında çox gözəl siyasi əməkdaşlıq var, heç bir açıq məsələmiz yoxdur”, prezident vurğulayıb.

Buna da bax: 'İndi bunun üçün yaxşı imkanlar var' - Prezident

Kolinda Grabar-Kitarović oktyabrın 23-də Azərbaycana gəlib. Oktyabrın 24-ü onun prezident İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşü olub.

Bu gün oktyabrın 25-də isə Bakıda Azərbaycan-Xorvatiya Biznes Forumu keçirilib.

Şərhləri göstər

XS
SM
MD
LG