Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

İlham Əliyev uşaqlarından danışıb


Heydər Əliyev, Leyla Əliyeva, Arzu Əliyeva.
Heydər Əliyev, Leyla Əliyeva, Arzu Əliyeva.

*Youtube Kanalımıza abunə olun - Hər gün yeni video izləyin

«Övladlarım mədəni və sosial məsələlərdə çox fəaldırlar».

President.az saytının xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı deyib.

Övladlarının gələcəkdə siyasətlə məşğul olub-olmayacaqlarına dair Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Jonas Olof Eriksson-un sualını cavablandıran dövlət başçısı bildirib ki, bu, onların istək və planlarından asılıdır:

«Düşünürəm ki, hələ, onlar öz fəaliyyətindən razıdırlar. Yeri gəlmişkən, onların ikisi həmçinin media ilə də bağlıdır. Böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən «Baku» jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz».

İ.Əliyev ikinci qızının da jurnalistika ilə bağlı məsələlərlə məşğul olduğunu və jurnalist təhsili aldığını söyləyib. Prezident qızının Azərbaycanın müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışdığını və digər tədbirlərdə iştirak etdiyini söyləyib.

İ.Əliyev oğlunun, hələlik, tələbə olduğunu qeyd edib. Onun deməsinə görə, oğlunun gələcək seçimi özünə aiddir: «O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq», - deyə o vurğulayıb.

Bаlаcа Неydəri prеzident sеçək - İlhаm Əliyеvin iclаsındа təklif

'Bаlаcа Неydəri prеzident sеçək' - İlhаm Əliyеvin iclаsındа təklif
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG