Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:48

İlham Əliyev: 'Prezident seçkisinin vaxtını dəyişmək planı yoxdur'


İlham Əliyev səs verir
İlham Əliyev səs verir

«Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür».

Bunu prezident İlham Əliyev «Sputnik» agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı, məqbul kompromislər mümkündür: «Münaqişənin həllini biz bu cür görürük».

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: «Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər».

«HEÇ NƏYİ İSTİSNA ETMƏK OLMAZ»

Prezident İlham Əliyev Avrasiya İqtisadi Birliyi ilə də bağlı fikirlərini bildirib. O deyib ki, Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etmək olmaz: «Bu mövzuda söhbətlər həm ekspertlər, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni məni bu cür xarakterizə edərdim».

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla izləyir: «Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq».

Buna da bax-Referendum baş tutdu - bundan sonra nə olacaq?

Referendum baş tutdu - bundan sonra nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

HƏLƏ VAXTA VAR...

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanda növbədənkənar prezident seçkisi planlaşdırılmadığını bəyan edib.

O qeyd edib ki, prezident seçkisinin vaxtını dəyişmək niyyətləri yoxdur: «Prezident seçkisinin vaxtını dəyişmək niyyətimiz yoxdur. Azərbaycanda və xaricdə bu haqda nə söhbətlər getdiyini bilirəm. Amma prezident seçkisinin vaxtını dəyişmək planı yoxdur və buna ehtiyac da görmürəm».

İlham Əliyev 2018-ci ildə keçiriləcək növbəti prezident seçkisində iştirak edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: «Qərar qəbul etmək üçün kifayət qədər vaxt var. Əhalinin indiki dəstəyini hiss etsəm, bu inamı doğrultmağa çalışacağam».

Sentyabrın 26-da Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilib. Referendumun rəsmi nəticələrinə əsasən, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artıb. Bundan başqa, dövlət başçısı növbədənkənar prezident seçkisi elan etmək hüququ alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG