Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:29

İlham Əliyev: «Ölkədə iqtisadi sabitlikdir»


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə cavab verir».

Bu fikirləri prezident İlham Əliyev mayın 9-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

İ.Əliyev qeyd edib ki, bu gün ölkə siyasətinin episentrində vətəndaş, onun problem, qayğı və təhlükəsizliyi durdur: «Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir. İctimai-siyasi sabitlik mövcuddur. İnsanların rifah halı yaxşılaşır. Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərib. Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və iqtisadi sahədə heç bir problem yaşanmır».

İ.Əliyevin bildirməsinə görə, ölkədə maliyyə durumu sabitdir, iqtisadi inkişaf davam edir. Neftin qiyməti 3-4 dəfə aşağı düşsə və problemlər olsa da, onların öhdəsindən gəlmək olur.

Prezident əlavə edib ki, H.Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilib və «Əsrin kontraktı»nın imzalanması tarixi hadisə idi:

«Bu gün «Əsrin kontraktı» çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə «Şahdəniz» qaz yatağının işlənməsi ilə bağlı imzalanmış kontrakt bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini böyük dərəcədə möhkəmləndirir».

XS
SM
MD
LG