Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Məlahət İbrahimqızı: ''Freedom House'un cavabını möhtərəm prezident verdi'


Məlahət İbrahimqızı

Məlahət İbrahimqızı

««Freedom House» təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyi, onu ermənipərəst insanların idarə etməsi ilə bağlı möhtərəm prezident bugünlərdə cavab verdi. Hesab edirəm ki, bu, elə Azərbaycan xalqının, ona səs verən insanların mövqeyidir. Bu, həm də mənim mövqeyimdir». Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı «Freedom House» insan haqları təşkilatının Azərbaycanla bağlı hesabatı haqda danışarkən belə deyib.

TOLERANTLIQ ALLERGİYASI

Sentyabrın 22-də açıqlanmış hesabatda Azərbaycan mətbuat azadlığına görə «azad olmayan» ölkələr kateqoriyasına salınıb. Siyasi və iqtisadi mühitə görə ölkənin aid edildiyi kateqoriyalar da ürəkaçan deyil.

Buna da bax-'Azad olmayan Azərbaycan'ın son azadlıqları da tükənir

M.İbrahimqızı hesab edir ki, Azərbaycanda insan hüquq və azadlıqları çox yüksək səviyyədə təmin edilib. O, 25 ildir müstəqillik qazanan ölkədə problemlərin mövcudluğunu da istisna etmir: «BMT-nin 100-cü maddəsi var, ölkələrin daxili işinə qarışmamaq haqda. Hər bir dövlət bərabərhüquqlu dövlətdir, hər bir xalq öz taleyini özü müəyyənləşdirir. Düzdür, bir tərəfdən də insan hüquqları bəyannaməsi var, onu da bilirik. Amma «Freedom House» da Azərbaycan üzrə profilləşməsin. Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəksin. Bu təşkilatlara 5-10 il qabağa qədər Azərbaycanda azacıq rəğbət bəsləyənlər vardı. İndi 1-2 faizi demirəm, yerdə qalan hamının bu təşkilatlara tolerantlıq allergiyası var».

ÖLÜM CƏZASI

Deputat ABŞ-da, Avropa ölkələrində insan haqları, söz azadlığı ilə bağlı «yüzlərlə problem» olduğunu, yaşamaq haqqının pozulduğunu söyləyir: «Getsinlər, buna münasibət bildirsinlər. Amerikanın 30 ştatında ölüm cəzası götürülməyib, ondan danışsınlar. Amma Azərbaycan 20 il bundan qabaq bu cəzanı götürüb. Qərəzli mövqe artıq aydın görünür».

Buna da bax-‘Freedom House’dan İlham Əliyevə cavab gəldi

«Freedom House» bu günlərdə prezident İlham Əliyevin qurumun ünvanına səsləndirdiyi ittihamlarla bağlı açıqlama yayıb, bildirib ki, «prezident İlham Əliyev son 10 ildə Azərbaycanda insan haqlarının dəhşətli durumu, vətəndaş cəmiyyəti fəallarının və siyasi müxalifətin həbsinə ən məsul şəxsdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG