Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:38

Prezident: 'Neft 70 dollaradək bahalaşa bilər...'


İlham Əliyevin "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsi

İlham Əliyevin "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsi

Azərbaycan prezidenti İlham Əliyev "Sputnik" beynəlxalq informasiya agentliyinə müsahibəsində neftin qiymətindən də danışıb.

Ölkə başçısı ümid edib ki, OPEC-ə üzv olan və olmayan ölkələrin hasilatı azaltması qiymətləri stabilləşdirə bilər: "Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə bu baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalıdır, qəbul olunan qərarların icrasına nəzarət mexanizmi hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflərə əlverişlidir – şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq".

Buna da bax:​ Prezident 'Sputnik'ə qənaətdən də danışıb

“Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir”

Prezident əlavə edib ki, Azərbaycan hər zaman bu cür addımları dəstəkləyir və bunu dəfələrlə bəyan edib. "Biz birmənalı olaraq bəyan edirik ki, neft hasilatımızı artırmayacağıq. Bunun üçün hansısa qərarı gözləməyə ehtiyac duymuruq. Müəyyən mənada bunu hasilatın dondurulması adlandırmaq olar", – deyə o qeyd edib.

Prezidentin sözlərindən neftin hələ də iqtisadiyyat üçün hansı önəmi kəsb etdiyi aydın olur. Hələ 2015-ci ilin avqustunda prezident bəyan etmişdi ki, “biz nefti və qazı bir kənara qoymalı, ümumiyyətlə, onları unutmalıyıq”. Görünən odur ki, neft unudula bilmir.

Buna da bax:​ 'Qeyri-neft sektoru çuxura düşüb'

“Ucuz neft ölkənin “kosmetikasını” yuyub-apardı”

İqtisadçı ekspert Natiq Cəfərli yada salır ki, prezident bir il əvvəl də “nefti unudun” deyirdi: “Bu müsahibədə isə yenə neft qiymətlərinin 70 dollar olacağına ümid etdiyini, bununla da ölkədə problemlərin həllini tapacağını söyləyib. Yəni ümidini yenə neftin qiymətinə bağlayıb, amma neftin qiyməti qalxmayacaq. Həm də Azərbaycanın problemləri ucuz neft deyil, idarəetmə sistemidir, bu düzəlməlidir. Sadəcə, ucuz neft ölkənin “kosmetikasını” yuyub-apardı, bütün problemlər tez ortaya çıxdı. Həmin problemlər də ortada qalıb, həll olunmayıb. Əsas dərdimiz də məhz budur, neft qiymətləri deyil”.

Buna da bax:​ 'OPEC neftin qiymətini qaldırmalıdır'

Ekspert prezidentin “Azərbaycan OPEC-in hasilatın dondurulması təklifinə qoşulacaq” fikrini də dəyərləndirib: “Azərbaycanda hasilat düşür, hökumət istəsə belə, hasilatı artıra bilmir, bilməyəcək də. Hasilatı indiki səviyyədə “dondurmağa” belə imkanımız yoxdur, hasilat düşəcək”.

“Prezident yenidən qaz layihələrindən ciddi gəlir əldə edəcəyimiz haqqında danışıb – mifdir bu. Azərbaycan hələ 20-25 il bu layihələrə qoyduğu investisiyaları çıxartmaqla məşğul olacaq, bu layihələr üçün aldığı borcları qaytarmalı olacaq. 2020-də qazın qiyməti indikindən də ucuz olacaq, dünyada gedən proseslər bunu sübut edir” deyə iqtisadçı bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG