Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:28

İlham Əliyev Minsk qrupu həmsədrlərini qəbul edib


Minsk Qrupunun həmsədrləri
Minsk Qrupunun həmsədrləri

Oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick, İgor Popov, , İqor Popovu, Pyer Andrie və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edib.

Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Dünən mətbuat konfransı keçirən Minsk qrupunun amerikalı həmsədri James Warlick (Ceyms Uorlik) prezidentlə görüşü səbirsizliklə gözlədiklərini bildrimişdi. O demişdi ki, Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır və İlham Əliyevin Dağlıq Qarabağa status təklifini alqışlayırlar.

O, prezidentlə müzakirə etmək üçün “maraqlı ideyaları” olduğunu da əlavə etmişdi.

Bu günlərdə Rusiya və ABŞ rəsmiləri bildirmişdilər ki, Qarabağ münaqişəsinin tezliklə həlli ilə bağlı nikbin deyillər. Rəsmi Bakı bu bəyanatları təpki ilə qarşılamışdı.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar baş verib. Bundan sonra durumun normallaşdırılması üçün münaqişənin dinc vasitələrlə tənizmlənməsi məqsədilə 1996-cı ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti aktiv fazaya keçib. Tərəflərlə danışıqlar aparılıb və 2016-cı il mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra hərbi əməliyyatlar dayandırılıb.

Qarabağ münaqisəi isə 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığı gerçəkləşənə qədər Dalıq Qarabağ bölgəsi və bölgəyə bitişik 7 rayon işğal edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG