Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:49

Avropanı ildırımlar vurub


Avropanın bir neçə ölkəsində ildırım vurmasından bir nəfər həlak olub və bir neçə nəfər xəsarət alıb.

Avropanın bir neçə ölkəsində ildırım vurmasından bir nəfər həlak olub və bir neçə nəfər xəsarət alıb.

Polşanın cənubunda dağdan enməkdə olan bir nəfər ildırım vurmasından ölüb.

Parisdə Parc Monceau-də keçirilən ad günü məclisinə düşən ildırımdan 11 nəfər xəsarət alıb. Onlardan 8-i uşaqlardır. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır. Uşaqlar ağacın altında gizlənməyə çalışırdılar.

Fransa mediası xəbər verir ki, hadisə yerinin yaxınlığında təsadüfən Pascal Gremillot adında yanğınsöndürənin olması bir çoxlarının həyatını xilas edib. O uşaqlardan bəzisinə ilk yardım göstərib və ürək massajı edib.

Almaniyada ildırım gənclər arasında keçirilən futbol matçında üç nəfəri vurub.

Cənub-qərbi Almaniyanın Hoppstaedten məntəqəsində keçirilən futbol matçında ildırım vuran üç nəfərdən biri oyunun hakimi idi.

O bir başa ildırımın zərbəsi altına düşdüyündən ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılıb.

Maraqlıdır ki, şahidlər ildırım çaxan zaman havanın buludsuz olduğunu bildiriblər.

İldırım hakimin final fitindən dərhal sonra vurub.

Fransada tennis çempionu Serena Williams-ın Kristina Mladenovic-ə qarşı matçı leysan yağışına görə dayandırılıb.

Hidrometeoroloqlar bildirirlər ki, şimşək çaxmalarına səbəb Avropanın şimal-qərbində atmosferin yüksək qatlarında havanın əvvəlcə isinməsi sonra isə kəskin soyuması olub.

Hava proqnozlarında bütün Avropa boyunca, xüsusilə də Almaniya, Çexiya və Polşada bazar günü də şimşək çaxmaları gözləndiyi bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG