Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:12

İflic xəstələrinə sosial şəbəkə yaradılır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Rusiyalı IT mütəxəssislər yeni sosial şəbəkə üzərində çalışırlar.

Sosial şəbəkə iflicdən əziyyət çəkənlər üçün düşünülüb.

Araşdırmalar ölkədə 450 min insult xəstəsi olduğunu üzə çıxarıb. Bunların 85 faizi iflicdən əziyyət çəkir. 4 milyon insansa nitq qabiliyyətini tam itirib və ünsiyyət problemi yaşayır.

«Neyrochat» adlanan sosial şəbəkə ayrıca texnoloji avadanlıqla işləyəcək. Sosial şəbəkəyə qoşulmaq istəyən istifadəçiyə prosessor, internetə çıxış modemi, xüsusi elektrodlar quraşdırılmış baş geyimi gərək olacaq. Bu elektrodlarla beyinə siqnal ötürüləcək və beləcə, ünsiyyət gerçəkləşəcək.

İdeyanın müəllifi rusiyalı menecer Natalia Galkina-dır. Layihənin gerçəkləşməsinə 133 milyon rubl (təxminən 2 milyon 660 min manat) tələb olunur.

Sosial şəbəkənin 2016-2018 cil illərdə gerçəkləşdirilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG