Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:13

2016-nın yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 14 milyard 153.6 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu keçən ilin analoji dövrünə nisbətdən 23.22 faiz azdır. Komitənin açıqlamasına görə, idxalın həcmi 6 milyard 950 milyon ABŞ dolları olub (6.64 faiz azalma).

Oktyabrda ixracda azalma 100 milyondan çoxdur

İxrac isə 7 milyard 195 milyon ABŞ dollarına (34.48 faiz azalma) bərabər olub. Nəticədə illik əsasda 237.7 milyonluq müsbət saldo əmələ gəlib. Aylıq əsasda isə, sentyabr ayı ilə müqayisədə oktyabrda mənfi saldo qeyd alınıb - 111 milyon 173.01 min ABŞ dolları. Nəticədə, oktyabrda ixrac sentyabr ayı ilə müqayisədə 107 milyon 534 min ABŞ dolları azalıb.

Buna da bax: Ət idxalı 113, çay idxalı isə 190 faiz artıb

Sentyabrda 80 milyonluq, avqustda isə 496 milyonluq müsbət saldo qeydə alınmışdı. Ekspertlər avqustda olan müsbət saldonu qaz ixracı ilə izah edirdilər.

İxracda əsas neftdir

İxracda əsas yeri xam neft tutur – 71.56 faiz. Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 10.35, neft məhsulları 4.34, meyvə-tərəvəz isə 3.76 faiz yer tutub.

Buna da bax: Bahalaşmanın səbəbi təkcə dollardırmı? [video]

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşınlar, elektrik aparatları və avadanlıqları tutur - 23.53 faiz. Yeyinti məhsulları idxalda 15.41, qara metallar və onlardan hazırlanan məmulatlar – 13.76 faiz təşkil edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG