Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

'Ağıllı hökumətlər böhran vaxtı mərc oyunlarına vergiləri artırır'


Milli Məclis, 23 vevral 2016

Milli Məclis, 23 vevral 2016

İdman mərc oyunlarından əldə edilən uduşlar vergidən azad olunur

Oktyabrın 28-də Milli Məclis “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Dəyişikliklərdə qanunun 99.3.12-ci maddəsinin ləğvi əksini tapıb. Bu dəyişikliyə əsasən, idman mərc oyunlarından qazanılan uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab edilməyəcək. Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğvi təklif edilir ki, bu da idman mərc oyunlarından uduşlardan 10% dərəcə ilə verginin tutulmaması deməkdir.

Buna da bax: «Topaz» qumarxana yoxsa idman inkişafı?

Dəyişikliklərdə Məcəllənin 150.3-2 maddəsinin ləğvi də nəzərdə tutulur. Başqa sözlə, idman mərc oyunlarından uduşlardan vergi tutulmayacağı halda, bu oyunlardan uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs gəlir vergisi hesablamayacaq. Buna görə də, dövlət büdcəsinə köçürmə etməyə və uyğun icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə ehtiyac qalmayacaq.

Bukmeyker ofisi, 18 yanvar a2011

Bukmeyker ofisi, 18 yanvar a2011

Uduş məbləğinin 10 faizi

Bu dəyişiklər bir sıra saytlarda “Mərc oyunları vergidən azad edildi” kimi təqdim edildi. Ancaq idman mərc oyunlarını gerçəkləşdirənlər bu dəyişiklikdən sonra da vergidən azad olunmayacaqlar. Bu, oyunların operatoru və satıcılarına aiddir. Vergi Məcəlləsinə görə, operator və satıcı, dövriyyələrindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəycisidirlər. Operator oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, oyunların satıcısı isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyirlər.

İqtisadçı ekspert Qalib Toğrul da deyir ki, vergidən azad olunan idman mərc oyunlarından əldə edilən uduşlardır:

“Bu, Vergi Məcəlləsinin tələblərinə görə, muzdlu işə aid edilməyən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir. Uduş sahibinin ödədiyi vergi ödəmə mənbəyində ödənilən verginin bir növüdür ki, uduş məbləğinin 10%-ni təşkil edir”.

Ekspert vurğulayır ki, həmin fəaliyyətləri icra edənlərə hansısa vergi güzəştindən danışmaq olmaz. Belə ki, vergidən azad olunma lüksü uduş sahiblərinə veriləcək, oyunları təşkil edənlər isə əvvəlki kimi sadələşdirilmiş vergi ödəyiciləri olaraq qalacaqlar.

Ağıllı hökumətlər neyləyir?

Natiq Cəfərli

Natiq Cəfərli

​İqtisadçı ekspert Natiq Cəfərli qərarı yanlış hesab edir:

“Cəmi bir il öncə mərc oyunlarından qazanca vergi tətbiq edilmişdi, 2 gün öncə isə ləğv olundu. Vergi və gömrük orqanları, ağıllı hökumətlərin əlində iqtisadiyyatı tənzimləməyə ən yaxşı alətlərdir. Hökumətlər vergi dərəcələri və gömrük tarifləri ilə ölkə iqtisadiyyatını tənzimləyir və stimullaşdırır. Ağıllı hökumətlər böhran zamanı kazinolara, mərc oyunlarına, spirtli içkilərə, tütün məmulatlarına vergiləri artırır, ərzaq məhsullarına isə vergiləri azaldır, gömrük rüsumlarını çox zaman sıfırlayır ki, əhaliyə az yük düşsün”.

O buna nümunə olaraq dərmanları göstərir. Ekspert deyir ki, Azərbaycanda dərman istehsal olunmur, əhalinin xərclərinin bir qismini dərman xərcləri təşkil edir, ona görə də, hökumət dərmanlara gömrük rüsumlarını sıfırlamalıdır.

“Bizim hökumət hər şeyi tərsinə edir – toyuq ətinə gömrük rüsumunu qaldırır, ərzağa vergini azaltmır, amma mərc oyunlarından qazanca vergini ləğv edir. Deməli, hökumət ağıllı deyil, hələ öz qərarlarını bir müddət sonra ləğv edən hökumət isə heç ağıllı, uzaqgörən deyil, planı-proqramı yoxdur”, N. Cəfərli vurğulayır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG