Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:36

İŞİD bildirib ki, Rusiya kəşfiyyat orqanlarına ötürülən məlumatlar döyüşçülərin kimliyi, sığınacaq yerləri və hərbi bazaları barədə olub

ABŞ və Britaniya mediasında verilən xəbərlərə görə Qafqazdakı İŞİD qüvvələri “Rusiyanın xüsusi xidmətlərinə işləyən Elvira Karayevanı” edam ediblər.

Terrorçu qruplaşmanın yaydığı məlumatda deyilir ki, Karayeva dörd il müddətində gizli olaraq Rusiyanın Federal Təhqiqatlar Xidmətinə (FTX) cihadçılar barədə operativ məlumatlar ötürürmüş.

Bu da bildirilir ki, onun ötürdüyü informasiyalar 7 cihadçının məhv edilməsinə imkan yaradıb.

İŞİD bildirib ki, Rusiya kəşfiyyat orqanlarına ötürülən məlumatlar döyüşçülərin kimliyi, sığınacaq yerləri və hərbi bazaları barədə olub.

Qadının “ifşa edilməsi” və bunun ardınca “edamı” barədə məlumat İŞİD-in rusdilli “İstok” bloqpostunda dərc olunub. Bloqda qadın “Moskvanın casusu” adlandırılır.

“Kafir Elvira bizim Qafqaz vilayətindəki cihadçı qardaş və bacılarımız haqqında məlumatları Rusiyanın xüsusi xidmət orqanlarına ötürürürdü – deyilir məlumatda, - O utanmadan etibarımızı qazanmışdı, cihadçıların yerlərini və əlaqələrini ötürməklə onları tağutun əlaltılarına ovlatdırırdı” .

Bloqda bu da qeyd olunur ki, qadının FTX ilə əlaqələri vasitəsilə “bir çox qardaşlar və bacılar şəhid olublar”.

Moskva şərh etmir

Moskva Elvira Karaeva barədə mətbuatda yayılan informasiyalara münasibət bildirməyib.

İŞİD-in məlumatında qadının əvvəlcə öz əri Abu Muslimi zəhərləyərək öldürdüyü bildirilir.

Karayevanın məlumatları əsasında öldürülənlərin Adam Şaxbiyev, Artur Amriyev, Biaslan Qoçiayev, Temurlan Totorkulov, Vaslentin Dloqoborski və Marina Urusova olduqları bildirilir.

Fox News xatırladır ki, Çeçenistan başçısı Ramzan Kadyrov 2015-ci ildə respublika xüsusi xidmətlərinin İslam Dövləti adlanan təşkilatla mübarizə apardığını və bu təşkilatın daxilində “casus şəbəkəsi” yaratdığını bəyan etmişdi.

Bəzi Rusiya saytları Karayevanın Abu Muslimə də təşkialtın sıralarına daxil olmaq üçün ərə getdiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG