Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:24

►"Bizi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həbs elətdirib. Amma özü bircə dəfə məhkəməyə gəlmədi ki, ona sözümüzü deyək..."

Bunu Bakının "Sovetski" adlanan ərazisindən köçürülən sakinlər üçün elə həmin ərazidə çoxmənzilli bina tikmək təşəbbüsü irəli sürmüş Nazim Səmədov Bakı Apellyasiya Məhkəməsindəki çıxışında deyib.

"DES Consulting" şirkətinin baş direktoru olan Nazim Səmədov 2015-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunanlardan şirkətin prezidenti Asəf Hacı-İsmayılov və layihə meneceri Orxan Fərhadova isə 6 il şərti cəza verilib. Onlar CM-nin 29,178-ci (dələduzluğa cəhd) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxslər "DES" MMC-ni təsis edib, 16 mərtəbəli, 9 bloklu, 810 mənzilli binada "Sovetski" sakinləri üçün kvadratı 380 manatdan ev tikməyi planlaşdırıblar.

Bu məqsədlə də "Köhnə bakılılara yeni ev" şüarı altında sayt yaradıblar. İttiham aktında iddia olunur ki, həmin saytda və digər media orqanlarında sözügedən bina tikintisilə bağlı "reallıqdan uzaq elanlar, reklam xarakterli informasiyalar yerləşdirilib və məqsəd də vətəndaşların pulunu ələ keçirmək olub".

Buna da bax: Cihad “öz balalarını yeyir”

Kvadrat metrdən 5 manat qazanc götürmək

Lakin təqsirləndirilən şəxslər bu ittihamı tamamilə rədd edib. Bildiriblər ki, həqiqətən "Sovetski" sakinləri üçün kooperativ qaydasında ev tikmək təşəbbüsləri olub.

Amma binanı özləri yox, podratçı şirkət tikəcəkdi. Məqsəd isə həm kompensasiyanın azlığına görə ev almaqda çətinlik çəkən vətəndaşların ucuz qiymətə mənzilə sahib olmalarına yardım etmək, həm də hər kvadrat metrdə 5 manat qazanc götürmək olub. Əlavə ediblər ki, onlar vətəndaşlardan bir manat da pul almayıblar.

Birinci instansiya məhkəməsinin hökmündən həm ittiham, həm də müdafiə tərəfi narazı qalıb. Vəkillərin apellyasiya şikayətilə yanaşı, prokuror da hökmdən protest verib. Bu iş hazırda Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır.

Şərti cəza alanlardan biri - Asəf Hacı-İsmayılov da yanvarın 19-da keçirilən məhkəmə iclasında həbs olunub. Hakim həbs qərarını onun ötən məhkəmə iclasında iştirak etməməsilə əlaqələndirib. Asəf Hacı-İsmayılov isə səhhətində çox ciddi problemlər olduğundan ötən iclasa gələ bilmədiyini deyib. Onun vəkili də bu barədə tibbi arayışı məhkəməyə təqdim edib.

Buna da bax: 10 faiz artım pensiyaçının hansı dərdinə dərmandır?

İcra başçısı məhkəməyə niyə gəlmir?

Məhkəmədə Nazim Səmədov çıxış edərək, Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin sifarişilə həbs olunduqlarını, istintaqın və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərəzli aparıldığını vurğulayıb.

Qeyd edək ki, məhkum olunan şəxslər həbs edilməmişdən əvvəl mətbuat konfransı keçirərək, "Sovetski" sakinləri üçün bina tikmək təşəbbüsü barədə ətraflı məlumat vermiş, elə həmin tədbirdə prezidentə müraciət edib tikinti işlərini aparmaq üçün pulsuz torpaq sahəsi ayrılması, şirkətə tikinti zamanı sənaye və vergi strukturları tərəfindən yaradıla biləcək maneələrin aradan qaldırılması kimi məsələlərdə ondan kömək istəmişdilər. Elə bu mətbuat konfransından dərhal sonra onlar həbs olundular. Səbəb kimi isə icra başçısı İbrahim Mehdiyevin prokurorluğa onlar barədə şikayət ərizəsi göstərildi.

Mənim vəziyyətim ağırdır, ola bilsin ki, növbəti məhkəmə iclasına qədər sağ qalmayım.

"Mənim vəziyyətim ağırdır, ola bilsin ki, növbəti məhkəmə iclasına qədər sağ qalmayım. Ona görə də bu gün bunları mütləq deməliyəm. Bizim həbsimizin səbəbkarı İbrahim Mehdiyevdir. O, rəsmi şəkildə ərizəçi olub. Amma iş materialları ilə tanış olarkən bu ərizəçi ilə hər hansı istintaq hərəkəti aparılmasını, onun dindirilməsini görmədim. Niyə? Nə birinci instansiya məhkəməsində iştirak etdi, nə də bura gəlir. Sübutu varsa, niyə gəlib ifşa eləmir? Çünki hamısı yalandır. Biz heç kimdən pul almamışıq. Bunu iş üzrə zərərçəkmiş kimi təqdim olunan şəxslər də məhkəmədə dedi. Bircə nəfər də real zərərçəkmiş yoxdur. Bu iş üzrə istintaq və birinci instansiya məhkəməsi qərəzli aparılıb. Biz planlaşdırılan cinayətin hazırlanması və təşkilində ittiham olunuruq. Hansı cinayətdən söhbət gedir? Bizi saxlayan kimi ilk işləri şirkətin saytını bağlamaq oldu. Niyə? Axı orada bütün şərtlər açıq şəkildə yazılmışdı...", - deyə Nazim Səmədov bildirib.

O da məlum olub ki, Nazim Səmədov məhkəməyə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gətirilir.

Aclıq

Nazim Səmədov məhkəmədən bəraət istəyib: "Biz bəraətdən başqa heç nə istəmirik, çünki heç bir cinayət törətməmişik. İndi, yaxud da beş ildən, on ildən sonra, amma biz mütləq bəraət alacağıq".

Çıxışının sonunda əlavə edib ki, aclıq aksiyasına başlayır:

"Məni ittiham edən şəxsə sual vermək imkanım olmayana, yaxud onun nümayəndəsi yetərli sübutlar təqdim etməyənə qədər aclıq edəcəyəm".

Günün bütün mövzuları

XS
SM
MD
LG