Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:35

«Bakı-Xəbər»: «ABŞ-ın enerji siyasətində müəyyən dəyişikliklər edilməkdədir»


«Ayna» qəzetinin müxbiri Köhnə Culfa ərazisində guya, ermənilərin çox qədim qəbristanlığının olması, amma onun yaxın illərdə Azərbaycan tərəfindən sökülməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı söz-söhbətə aydınlıq gətirmək üçün Naxçıvanda olub. Müəllif yazır ki, Köhnə Culfa adlanan hazırki Gülüstan qəsəbəsində, ermənilərin iddia etdiyi ərazidə, Arazın sağ sahillərində hər hansı bir qəbristanlığa və ya qəbir daşına rast gəlinmir. Bir müddət öncə Ermənistanın Xarici İşlər Nazirliyinin nümayiş etdirdiyi şəkillərdə əsgərlərin ermənilərə məxsus qəbir daşlarını sökərək, Araz çayına atmaları, daha sonra isə sözügedən ərazidə poliqon tikildiyi də öz əksini tapmışdı. Müəllifin araşdırmalarına görə, şəkillərdə göstərilən ərazi Azərbaycana deyil, İran İslam Respublikasına aiddir.

«Bakı-Xəbər»qəzetinin əməkdaşı yazır ki, Astana höküməti karbohidrogen ehtiyatının bir hissəsini Rusiya ərazisi ilə ixrac etməyə razılıq verdikdən sonra ABŞ-ın Xəzər regionunda enerji siyasətinə müəyyən dəyişikliklər edilməkdədir. İlham Əliyevin aprelin 28-də Vaşinqtonda planlaşdırılan görüşlərində də əsas müzakirə predmetlerindən biri məhz enerji məsələləri ilə əlaqədar olacaq. Müəllifin fikrincə, Azərbaycan dövlət başçısının okeanın o tayında keçirəcəyi görüşlərdə enerji ilə bağlı aparılan müzakirələr təkcə Bakı və Vaşinqton arasında bu sahədə olan mövcud vəziyyətlə, onun inkişaf perspektivləri ilə məhdudlaşmayacaq. Danışıqlar zamanı Türkmənistan qazının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məsələsi də müzakirə olunacaq.


«Yeni Azərbaycan»qəzetində bildirilir ki, Milli Məclisin İqtisadi Siyasət Məsələləri üzrə Daimi Komissiyasının sədri Ziyad Səmədzadə Azərbaycanda «Neft haqqında» və «Dövlət Neft Fondunda yığılmış vəsaitlərin xərclənmə qaydaları haqqında» qanunların qəbulunu zəruri hesab edir. Komissiya sədrinin fikrincə, bu qanunların qəbul olunması neft sektorunun inkişafına və neft gəlirlərinin xalqın mənafeləri baxımından xərclənməsinə təkan vermiş olacaq. Ziyad Səmədzadənin sözlərinə görə, artıq iqtisadi mühit əlverişli formaya düşüb və ona görə də, yaxın gələcəkdə sözügedən qanun layihələrinin hazırlanıb qəbul olunması çətin olmayacaq.


XS
SM
MD
LG