Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

«Yeni Azərbaycan»: «Amerika-Azərbaycan münasibətlərində yeni mərhələ»


«ABŞ Dağlıq Qarabağ münaqişəsi başladığı gündən bu vaxta qədər heç vaxt indiki kimi aktiv görünməyib». Bu fikir «Yeni Azərbaycan» qəzetinin «Amerika – Azərbaycan münasibətlərində yeni mərhələ» başlıqlı məqalədə xüsusi vurğulanır. Qəzetin Aqşin Şahinoğlu imzalı əməkdaşı ABŞ prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevi Vaşinqtona dəvət etməsi ilə bağlı «Azadlıq» radiosunun məlumatını təhlil edir. Yazır ki, bu dəvət Azərbaycan – ABŞ münasibətlərində yeni mərhələ hesab oluna bilər, səfər reallaşsa, bu, Azərbaycanın yüksək səviyyəli dövlət rəsmilərinin ABŞ-a bir ayda 3-cü səfəri olacaq. Ötən ayın sonlarında xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ-da səfərdə olub, ondan 10 gün sonra isə xarici işlər naziri Elmar Məmmədyarov bu ölkəyə səfər edir.

Həmin biraylıq dövr ərzində Birləşmiş Ştatlar rəsmilərinin də ölkəmizə səfər qrafiki kifayət qədər zəngin olub. «Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ABŞ-ın vasitəçi olaraq münaqişənin həllində göstərəcəyi səylər üzərində xüsusilə dayanılmalı olan məqamdır» – deyə müəllif yazır. Təhlilçinin fikrincə, İlham Əliyevin ABŞ-a səfərində əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olacaq.


«Azadlıq» qəzetinin Aytən Məmmədova imzalı əməkdaşı hərbi prokuror Xanlar Vəliyevin aprelin 6-da keçirdiyi mətbuat konfransında dediklərinə istinadla bildirir ki, 2004-cü illə müqayisədə ötən il hərbi sahədə intihar və özünü öldürmə həddinə çatdırma hallarının sayı təqribən 30 faiz, qəsdən adam öldürmə hadisələri 28 faiz, xuliqanlıq cinayətləri isə 50 faiz azalıb. Hərbi prokuror azalan cinayətlər sırasında fərariliyi də qeyd edib. O deyib ki, ötən il orduda fərarilik cinayətlərinin sayı 2004-cü illə müqayisədə təqribən 11 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə halları isə təqribən 13 faiz azalıb.


Azərbaycanda nigahların sayı azalır. «Ayna» qəzetinin müxbiri Nailə İsmayılovanın araşdırmasına görə, ölkədə ötən il doğumun artım tempinin heç 1 faiz də olmamasının əsas səbəbi də məhz elə evlənməyə qərar verənlərin sayının azalması olub. Müəllif yazır ki, 1991-2005-ci illər arasında ölkədə nigah bağlayanları sayı 27 faiz azalıb. 1991-ci illə 2005-ci ili müqayisə edəndə məlum olur ki, 18-21 yaş qruplarında ailə quranların sayı 54 faiz, 25-34 yaşlarında isə 33.5 azalıb. 35 yaşdan yuxarı ailə quranlar sayı isə əvvəlki illərlə müqayisədə indi 32 faiz azdır. Evlənənlər kimi boşananların da sayı azalmaqdadır. 1991-ci illə müqayisədə ötən il Azərbaycanda 2.5 faiz az adamın ailəsi dağılıb.


XS
SM
MD
LG