Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

İcbari tibbi sığortaya 30 milyon ayrıldı - hələlik 2 rayona


İlham Əliyev sənəd imzalayır

İlham Əliyev sənəd imzalayır

Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmana görə, pilot layihənin həyata keçirilməsindən ötrü 2016-cı ilin dövlət büdcəsinin səhiyyə sahəsində islahatlara görə, nəzərdə tutulmuş 10 milyon manat vəsait Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə köçürüləcək.

Buna da bax:​ İcbari tibbi sığortaya əyalətdən başlanır

2017-ci ilin dövlət büdcəsində səhiyyə sahəsinə aid olan digər tədbirlərə görə, nəzərdə tutulmuş 20 milyon manat vəsait isə layihə təsdiq olunduqdan sonra agentliyə ayrılacaq.

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» qanun 17 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi tətbiq edilməyib.

Prezident İlham Əliyev, hələ, 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, bu il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Buna da bax: Xəstələnsən, nəyi sığorta ödəyəcək?

Azərbaycanda müstəqil ekspertlər əhalinin geniş şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Onlar deyir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı. İndi isə neftin qiyməti düşüb, ölkənin gəlirləri azalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG