Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:58
-
Prezident İlham Əliyev "xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Qərar müxtəlif ölkələrin Azərbaycanla bağlı layihələri olan QHT-lərinə 3 milyon manat ayrılmasını nəzərdə tutur. "Azərbaycan dövlətinin vəsaiti hesabınaABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparır." - deyə sərəncamda bilidirlir.

"Bu sahədə görülən işlərin davam etdirilməsi məqsədilə xarici QHT-lər tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb."

Son ildə Azərbaycan hakimiyyəti xarici donorların fəaliyyətini ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirirdi.

Necə bilirsən, Azərbaycanın da eyni ittihamla üzləşməsi ehtimalı varmı?

Rəyini yaz!

Günün bütün mövzuları

XS
SM
MD
LG