Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:28

İlham Əliyev: 'Avropada seçkilərə nəzər salsaq, görərik ki...'


İlham Əliyev

İlham Əliyev

«Dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb». APA-nın xəbərinə görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

İ.Əliyev bildirib ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: «Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışırıq, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq».

Buna da bax-Prezident referendumdan və AXC hakimiyyətindən danışdı

İ.Əliyev çıxışında islamofobiyanın təhlükəli olduğunu söyləyib: «Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik».

Beynəlxalq humanitar forumların keçirilməsinin ilk təşəbbüsçüləri 2010-cu ildə İlham Əliyev və RF-nin ozamankı prezidenti Dmitry Medvedev olub.

Bu Forum hər il tanınmış şəxslərin, dövlət və ictimai xadimlərin iştirakı ilə qlobal problemləri müzakirə üçün ünsiyyət vasitəsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG