Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:51

Hücuma ilk kim keçib?


Ermənistanın təqdim etdiyi sənədlər.
Ermənistanın təqdim etdiyi sənədlər.

-

Ermənistan müdafiə nazirinin birinci müavini David Тоnoyan bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə ilk olaraq Azərbaycanın hücuma keçməsi haqda əllərində sənədlər var.

Bununla bağlı D.Tonoyan Ermənistanda akkreditə olunmuş xarici səfirliklərin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələr təqdim edib.

Xəbəri Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Nazirliyin bildirməsinə görə, həmin sənədlərdən bəlli olur ki, Azərbaycan hərbi-siyasi rəhbərliyi genişmiqyaslı hərbi əməliyyatlar planını öncədən hazırlayıb.

Görüş zamanı təmas xəttində baş verənlər, qeydə alınan insidentlər, atəşkəs razılaşmasının pozulması, Ermənistan tərəfdən itkilər haqqında da məlumatlar verilib.

ADİ İŞÇİ XƏRİTƏLƏRDİR

Azərbaycanın Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda Tonoyan-ın dediklərinin yalan olduğu bildirilir:

«Həmin xəritələr adi işçi xəritələrdir. Təlimlərdə belə istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu, erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil».

Məlumatda deyilir ki, Azərbaycanda da qarşı tərəfə məxsus kifayət qədər məxfi xəritələr, döyüş və digər sənədlər var.

XS
SM
MD
LG