Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” Özbəkistanın yeni seçilmiş prezidenti Shavkat Mirziyaev-i “ölkədə insan haqları ilə bağlı acınacaqlı durumu yaxşılaşdırmağa, doğru addımlar atmağa” çağırıb.
Təşkilatın Nyu-Yorkda mənzillənən ofisi yeni hakimiyyətin növbəti 5 ildə aparmalı olduğu islahatlar üçün atacağı addımları açıqlayıb.
Həmin addımlar sırasında prezident Mirziyaev-invə Özbəkistanın yeni hakimiyyətinin ölkədə insan haqlarını yaxşılaşdırmaq sahəsindədə görəcəyi tədbirlər sadalanıb:
Siyasi məhbusları azat etmək:
Siyasu motivlərlə həbs edilmiş bütün vətəndaşları, o cümlədən siyasi və ictimai fəalları, jurnalistləri və hüquq müdafiəçilərini şərtsiz, həm də təcili azad etmək, onların dinc fəaliyyətlərini davam etdirməsinə imkan yaratmaq;
İnsan hüquqları təşkilatları ilə əməkdaşlıq etmək:
Hakimiyyətin beynəlxalq institutlarla, o cümlədən hüquq müdafiəçiləri ilə əməkdaşlıqdan imtina siyasətini dəyişmək. İnsan hüquqları ilə məşğul olan 14 qeyri-hökumət təşkilatı ekspertinin ölkədə yerləşməsinə icazə vermək;
Işgəncələrə son qoymaq:
Ölkədə geniş yayılmışişgəncə və amansız davranışlara son qoyulması üçün addımlar atmaq. “Qırmızı Xaç” Beynəlxalq Təşkilatına ölkədə işləməyə və islah müəssisələrindəki şəraitlə bağlı monitorinq aparmağaimkan yaratmaq;
Mediaya məhdudiyyətlər qoymaqdan çəkinmək:medianı həqiqi azadlıqla təmin etmək, o cümlədən müstəqil vebsaytları bloklamağı və jurnalistlərin təqibini dayandırmaq. Müstəqil yerli və xarici media orqanlarının ölkədə qeydiyyatdan keçməsinə, xarici jurnalistlərin akkreditasiyasına icazə vermək;
Vətəndaş cəmiyyətinə azadlıqları tanımaq:
Müstəqil qrup və fəalların təqibinə son qoymaq, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının hakimiyyətin müdaxiləsi olmadan öz fəaliyyətlərini qurmasına şərait yaratmaq. O cümlədən əvvəllər Özbəkistanda fəaliyyətini dayandırmağa məcbur qalan təşkilatların qeydiyyatdan keçməsinə, beynəlxalq qeyri-hökumət təşkilatlarının viza almasına və akkreditasiya olunmasına imkan yaratmaq;
Din azadlıqlara təminat:
Özbəkistan dini etiqad azadlığı sahəsində götürdüyü öhdəlikləri, o cümlədən "ekstremist" adı ilə məhkum olunan dindarların həbsxanadan buraxılmasını təmin etmək, bununla yanaşı, dindarların ibadət yerlərinə getməsinə və dini təhsil almasına məhdudiyyətləri yumşaltmaq;
Seksual azlıqlara qarşı ayrıseçkiliyə son vermək:
Cinayət Məcəlləsindən kişilər arasında qarşılıqlı razılıq əsasında qurulan seksual münasibətə görə cinayət cəzasını nəzərdə tutan maddəni çıxarmaq, LGBT icmasına diskriminasiyanı dayandırmaq;
Məcburi əmək təcrübəsini dayandırmaq:
Pambıq sahələrində məcburi əməkdən istifadəyə son qoymaq, müstəqil qeyri-hökumət təşkilatlarına pambıq yığımı vaxtı monitorinq aparmağa icazə vermək, pambıq sektorunda hakimiyyətlə üz-üzə gələn fəallara təzyiqləri dayandırmaq;
Əndican olayları ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılmasına şərait yaratmaq: 2005-ci il mayın 13-də Əndicanda baş vermiş olaylarla bağlı beynəlxalq müstəqil araşdırma aparılması üçün hakimiyyətin müvafiq göstəriş verməsi.
“Human Rights Watch” Shavkat Mirziyaev-ə müraciətini o, Özbəkistanın yeni prezidenti seçiləndən 5 gün sonra açıqlayıb.
Təşkilat müraciətinin sonunda Shovket Mirziyaev-dən xahiş edib ki, “Human Rights Watch”əməkdaşlarının Özbəkistana gəlməsinə şərait yaratsın.