Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

HRW Azərbaycanla bağlı beynəlxalq mediaya müraciət edib


Arxiv fotosu
Arxiv fotosu

Parlament seçkisi ilə əlaqədar beynəlxalq medianın diqqətinin Azərbaycanda olacağını vurğulayan Human Rights Watch​ bu ölkədə insan haqlarının durumu ilə bağlı əldə etdiyi məlumatları paylaşmağa.

Human Rights Watch insan haqlarını müdafiə təşkilatı Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkilərini işıqlandırmaq istəyən beynəlxalq media nümayəndələri üçün məlumat yayıb. Oktyabrın 29-da yayılan məlumatda bildirilir ki, Azərbaycanda hakim dairələr fəalları təqib etmək üçün narkotik maddələr, silah saxlama, vergidən yayınma, xuliqanlıq, hətta vətənə xəyanət də daxil olmaqla bir sıra ittihamlardan istifadə ediblər:

“Təkcə 2014-cü il ərzində Azərbaycanın hakim dairələri azı 35 juralisti, insan haqları fəalını və siyasi fəalı məhkum edərək azadlıqdan məhrum edib. 2015-ci ildə təqiblər başgicəlləndirici templə, yeni həbslər və ittihamlarla davam edib.”

Buna da bax: Bahar Muradova: “Parlament çoxluğu bizim olacaq”

Parlament seçkisi ilə əlaqədar beynəlxalq medianın diqqətinin Azərbaycanda olacağını vurğulayan Human Rights Watch bu ölkədə insan haqlarının durumu ilə bağlı əldə etdiyi məlumatları paylaşmağa, şərhlər verməyə hazır olduğunu qeyd edir.

Azərbaycan rəsmiləri adətən ölkədə insan haqlarının vəziyyəti ilə bağlı tənqidləri rədd edir, bütün bunları hansısa dairələri rəsmi bakıya təzyiq cəhdləri adlandırır. Bakı son vaxtlar hətta beynəlxlaq insan haqları təşkilatlarını da “bu dairələrə alət olmaq”da ittiham edir, bəzi beynəlxalq tinsan haqları təşkilatlarının təmsilçilərini ölkəyə buraxmır.

XS
SM
MD
LG