Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

'Human Rights Watch'dan İlqar Məmmədov kampaniyası


«Human Rights Watch» təşkilatı REAL Hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması istəyi ilə bağlı Twitter kampaniyasına başlayıb.

Kampaniya oktyabrın 14-dək davam edəcək. İlqar Məmmədov barədə Twitter kampaniyası Avropa Şurası Parlament Assambleyasının sessiyası günlərinə təsadüf edir.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O, 7 il azadlıqdan məhrum olunub.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ancaq bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İlqar Məmmədov, hələ də, həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG