Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:49

HRW bu dəfə Azərbaycan haqqında nə deyib?


YAP-çı deputat 'HRW Avropada miqrantların dərdini çəksin, Azərbaycanın yox'
Gözlə

No media source currently available

0:00 0:14:26 0:00

YAP-çı deputat 'HRW Avropada miqrantların dərdini çəksin, Azərbaycanın yox'

Azərbaycanda ictimai fəalların həbsi artıb. Bunu ABŞ mənzilli beynəlxalq insan haqları təşkilatı HRW - Human Rights Watch son hesabatında deyir.

Human Rights Watch deyir ki, Azərbaycanda narazılıq güclənib. Devalvasiya, inflyasiya, referendum. Bunlar camaatı narazı salıb. Hesabata görə, il girəndən 20 siyasi fəal həbs olunub. Keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazan gəncləri həbs eləyiblər, soyundurub döyüblər, hədələyiblər ki, sizi zorlayacağıq.

Human Rights Watch daha sonra deyir ki, mühafizəkar şüaların yaşadığı Nardaranda, hökuməti tənqid edən 68 nəfəri həbs eləyiblər. Müsəlman Birliyinin sədri Taleh Bağırovu, başqa 17 nəfəri dövlət çevrilişinə cəhddə, qanunsuz silah saxlamaqda, çevrilişə cəhddə günahlandırırlar. Azərbaycan hökuməti bu tutulanların hamısının hansısa qanunu pozduğunu deyir.

Buna da bax:​ YAP-çı deputat 'HRW Avropada miqrantların dərdini çəksin, Azərbaycanın yox'

YAP-çı deputat: "HRW-u ciddiyə almırıq"

Hakim partiyadan deputat Məlahət İbrahimqızı Azadlıq A-live-a müsahibəsində deyir ki, Human Rights Watch-u Azərbaycana qarşı qərəzli hesab edirlər, hesabatı da ciddiyə almırlar: “Bu təşkilat neçə illərdir ki, qərəzli mövqe tutur. Dünyada hər bir təhlil müqayisə ilə verilir. O təşkilatlar Orta Doğuda onlarla terror qrupları, Ukrayna baş verənlər, Aralıq dənizində suda batan yüz minlərlə qaçqın, uşaqlar, körpələr, qadınlara batanlar var onlara münasibət bildirsinlər. Ya Amerikanın özündə qaradərililərə münasibətdən danışsınlar”.

Human Rights Watch bütün dünyada insan haqlarını araşdırır

Təşkilatın proqram direktoru Philippe Dam miqrantlarla bağlı yazır: "Miqrantların yerləşdirilməsi Avropaya utanc gətirir. Avropa Birliyi ilkin mərhələdə Yunanıstan və İtaliyadan 160 min qaçqını yerləşdirməyə söz vermişdi amma bu sonra üç dəfə azaltdı".

Human Rights Watch-un Azərbaycanla bağlı hesabatında sonra deyilir ki, Qoy Amerika Azərbaycan məmurlarına viza verməsin, qoymasın onları ölkəsinə gəlməyə. Cəzalandırsın. Təşkilat bildirir ki, onda Azərbaycan hökuməti fəallara daha az hücum edəcək. Həm də təklif edir ki, neft ucuzlaşıb, Qərb bundan istifadə eləsin - Azərbaycan yardım istəyəndə ona təzyiq eləsin.

Buna da bax:​ HRW: 'Azərbaycanda həbslər kəskin artıb'

Human Rights Watch-un əməkdaşı Giorgi Gogia:Neft ucuzlaşanda, iqtisadiyyat pisləşəndə, manat ucuzlaşanda gözlənti var idi ki, Azərbaycan vətəndaş cəmiyyətinə təzyiqləri azaldacaq. Çünki bu halda onun beynəlxalq dəstəyə heç zaman olmadığı qədər ehtiyacı olacaq. Amma təəssüf ki, bu baş vermədi. Hökumətin həbsləri, amansız hücumları davam etdi”.

O ki qaldı hökumətin bu hesabatı ciddiyə almamasına, Gogia deyir ki, hökumət əslində imicindən narahatdır - belə olmasaydı, onda meqalayihələrə milyonlar tökməzdi. “Hökuməti bu hesabatlar dərindən narahat edir, odur ki, beynəlxalq təşkilatlar səylərini birləşdirməlidirlər”- Gogia bildirir.

Buna da bax:

Ələsgər Məmmədli: "HRW-un təklif etdiyi sanksiyanın icra olunacağı real deyil"
Gözlə

No media source currently available

0:00 0:06:12 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG