Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Hovannisian:"Azərbaycan həmişə müharibəyə hazırlaşıb"


Artsrun Hovannissian

Artsrun Hovannissian

“Azərbaycan müharibəyə həmişə hazırlaşıb və hazırlaşmaqdadır, xüsusilə də 2003-cü ildən sonra bu başqa səviyyədə aparılır”.

Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Atrsrun Hovannisyan deyib.

Amma o qeyd edib ki, Azərbaycanın nə vaxt və hansı müharibəyə hazırlaşdığını demək düzgün olmazdı.

Hovannisyan qeyd edib ki, əgər belə bir sual qoyulsa, bununla Ermənistanın müvafiq xidməti məşğuğ olcaq.

O,Ermənistan silahlı qüvvələrinin düşmənin istənilən təcavüzünə həmişə hazır olduğunu deyib.

“Deyirlər ki, yaxın vaxtlarda irimiqyaslı müharibə olacaq. Bunu real hesab eləmirəm və hazırda buna əsas yoxdur”, deyə o vurğulayıb.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan bundan əvvəl Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşdığını, bunun üçün raket və mərmi istehsal edən zavodlar tikdiyini deyib.

Samvel Babayan

Samvel Babayan

Hovannisyan buna cavabında deyib ki, əgər siz Azərbaycanın hərbi arsenalının böyüklüyü və tərkibi ilə yaxından tanış olsanız görərsiz ki, bu hələ ki, böyük bir mifdir.

“Bir-iki növ raket istehsal eləməklə bütün tapşırıqları həll etmək mümkün deyil. Başqa bir tərəfdənsə, kim deyir ki, Ermənistan cavab tədbirləri görmür? Ermənistan da “ArmHit” sərgisində istehsal olunmuş və sınaqdan keçirilmiş raket mərmiləri nümayiş etdirirb.Amma 1-2 növ silah istehsal eləməklə sən öz təlabatını tam ödəyə bilmərsən”, deyə o bildirib.

Atrsrun Hovannisyan qeyd edib ki, Azərbaycan ümummiyyətlə silah arsenalı məsələsini müstəqil şəkildə həll edə bilməz və dünyada bu cür ölkələri barmaqla göstərmək olar.

Aprel döyüşlərində Azərbaycanın texniki cəhətdən daha yaxşı təhcizatına gəldikdə isə Hovannisyan deyib ki, Azərbaycan həmişə bir sıra silah növlərinə görə daha yaxşı təhciz olunub, xüsusilə də say baxımından, amma hesab eləmir ki, bu məsələ belə qalmalıdır, yəni Ermənstan ordusu da nə vaxtsa buna getməyəcək.

Müsahibədə sentyabrın 21-də Yerevanda keçirilən hərbi paradda Rusiya istehsalı olan “İskander” raketlərinin nümayişi və Samvel Balayanın bununla bağlı dediklərinə də toxunulub.

"İskander" raketləri

"İskander" raketləri

Qeyd edək ki, Samvel Balayan bundan əvvəl AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, hərcənd Azərbaycanın “İskander” raketləri olmasa da ona oxşar “Toçka U” və daha 4-5 növ başqa raketləri var.

Hovannisyan müxbirin bununla bağlı sualına cavabında deyib ki, “İskander” ola bilsin ki, bizdə olan ən uzaq mənzilli raketdir, amma bu yalnız silahlardan biridir.

“Azərbaycanın da hücum əleyhinə vasitələri var, amma sadəcə onlar hansısa formada “İskander” dən geri qalır-məsələn uzaq vurmaq və dəqiqlikdə.

Sualınızdan belə çıxır ki, biz “İskander”lə daha güclü olmuşuq, amma mən buna qarşıyam, bundan söhbət də gedə bilməz. Qüdrətli və güclü olmağı silah həll eəmir. Əsas bizim mütəxəssislər, hərbçilər və zabitlərimizdir”, deyə o bildirib.

Qeyd ədək ki, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxması ilə bağlı BMT qətnamələrinə əməl olunmasa və münaqişə sülh yolu ilə həllini tapmasa Azərbaycan öz torpaqlarını lazım gəlsə hərbi güclə azad edəcək.

Azərbaycan ordusu bu ilin aprelində Dağlıq Qarabağdakı təmas xəttində gedən döyüşlərdə bir neçə yüksəkliklər və mövqeləri geri qaytarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG