Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

►Genetiklər ilk dəfə HIV-i DNT molekulundan kəsib götürməyə nail olublar

Science Daily yazır ki, Filadelfiyadakı Temple Universitetində professor Kamel Khalilinin başçılığı ilə tədqiqatçılar qrupu QİÇS üzərində qələbəyə doğru böyük bir addım atıblar. Alimlər canlı heyvanın DNT-sindən HİV-i kəsib götürüblər.

Hazırda HİV infeksiyasının müalicəsi üçün istifadə olunan antiretrovirus terapiyası virusun orqanizmdə çoxalmasının qarşısını alsa da, onu artıq zədələnmiş hüceyrələrdən təmizləyə bilmir. Əgər müalicə dayandırılarsa, HIV sürətlənib QİÇS-ə çevriləcək.

Sözügedən təcrübə hər bir orqanı HIV-ə yoluxmuş transgen siçovul və siçanların üzərində aparılıb. Alimlər elə bir üsul işləyib hazırlayıblar ki, genləri "redaktə" etməklə heyvanların hüceyrələrinə sirayət etmiş HIV-i məhv etmək olur.

Təcrübədən sonra iki həftə ərzində heyvanlar üzərində müşahidə aparan alimlər virusun bütün orqanlardan, baş beyin, ürək, qaraciyər, böyrəklər, ağ ciyər, dalaq və qan hüceyrələrindən də qopduğunu görüblər.

HIV-in RNT-sinin təhlili təsdiq edib ki, ağ qan hüceyrələtində və limfatik düyünlərdə də HIV xeyli azalıb.

Zədələnmiş genlərin "redaktə" olunmasını nəzərdə tutan bu platforma HIV-ə tam qalib gəlməyə imkan verə bilər. Bu üsuldan hazırda işlədilən antiretrovirus terapiyası ilə kombinasiyada da istifadə edilə bilər. Metodun kliniki sınaqları üzümüzə gələn bir neçə il ərzində keçiriləcək.

Növbəti addım metodun tətbiq olunduğu böyük heyvan qrupları üzərində uzunmüddətli müşahidənin aparılmasıdır.

____________________________________________________________

Bunlara da bax:
Leyla Əliyeva professor oldu- [Fotolar]
Sərhəd qoşunlarının irimiqyaslı təlimləri keçirilib- [Video]

____________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG