Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:10

Almaniyada Hitlerin şəxsi əşyaları satışa çıxarılıb


Almaniya, Nürenbergdə nasist liderlərinin məhkəməsi, 1945

Almaniya, Nürenbergdə nasist liderlərinin məhkəməsi, 1945

Münhendə nasist Almaniyasının rəhbəri Adolf Hitlerin şəxsi əşyaları auksiona çıxarılıb.

Bu barədə Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti xəbər yayıb. Məlumata görə, tarixi əşyaların satışı ilə məşhurlaşan Hermann Historica auksion evi amerikalı hakimin kolleksiyasından bir hissəni satışa çıxarıb. Jhon Lattimer (1914-2007)-in kolleksiyası arasında Hitlerə məxsus bir neçə cüt şalvar, onun rentgen çəkilişi, o cümlədən, Hitlerin arvadı Eva Brauna məxsus əşyalar da var.

Auksionun nəticələri hələ elan edilməyib, təşkilatçılar isə əşyalara ümumilikdə azı 170 min avro qiymət qoyublar. Məsələn, nasist Almaniyasının rəsmilərindən biri olmuş Herinqon istifadə etdiyi zəhərin kapsulunun başlanğıc qiyməti 25 min avrodur.

Auksion yerli mediada müzakirələrə yol açıb. Bəziləri hesab edirlər ki, nasist rəhbərlərinin əşyalarının satışa çıxarılması etik deyil və alıcılar arasında olan yeni nasistlərin kultuna çevrilə bilər.

Hərbi həkim olmuş Jhon Lattimer ikinci dünya müharibəsi veteranı idi və müharibədən sonra nasistləri mühakimə edən Nürenberg hakimləri və digər hüquqşünaslara xidmət edən həkim personalının tərkibində olub.

O, müxtəlif epoxalara məxsus silahları toplayan kolleksioner kimi də tanınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG