Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:13

Hindistanda qatar qəzası: yüzə yaxın adam ölüb


Hindistan, Kanpur, qatar qəzası 20 noyabr 2016

Hindistan, Kanpur, qatar qəzası 20 noyabr 2016

Hindistanda sərnişin qatarı relsdən çıxıb, 90-dan çox adam ölüb, 150-dən çox yaralı var.

Hadisə noyabrın 20-nə keçən gecə Kanpur şəhərinin 100 km-də baş verib.

Yerli rəsmilərin məlumatına görə, gecə 3-ə yaxın Kanpurdan çıxan qatarın 14 vaqonu relsdən çıxıb.

Hazırda hadisə yerinə yüzlərlə hərbçi və polis, o cümlədən, 30-dan çox tibbi yardım maşını cəlb olunub.

Hökumət ölüm sayının arta biləcəyini bildirir.

Qəzaya nəyin səbəb olduğu hələ bəlli deyil.

Ölkənin baş naziri Narenda Modi deyib, faciə elə həddədir ki, onu “sözlə ifadə etmək mümkün deyil”.

Dəmir yolları naziri Suresh Prabky bildirib ki, olayla bağlı məsuliyyəti olanlar barədə ciddi ölçü götürüləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG