Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

Trump-ın qələbəsinin sirri


Hillary Clinton və Donald Trump
Hillary Clinton və Donald Trump

Həmkarlar təşkilatlarının rəhbərləri hesab edirlər ki,Demokrat partiyasının namizədləri sıravi işçilərin problemləri ilə daha çox maraqlanmalı, lobbiçilərin dedikləri ilə oturub durmamalıdırlar.

Demokratlarn 8 noyabr seçkilərindəki ağır məğlubiyyətindən sonra nüfuzlu həmkarlar təşkilatlarının (HT) üzvü olan işçilər noyabrın 17-də Vaşinqtonun mərkəzində ,Senatdan bir az aralıda etiraz aksiyası keçiriblər.

Onlar “Vol Stritə vergi qoyun” və hətta “Berni 2020” (yəni 2020-cil prezident seçkilərində namizədləri Berni Sanders olsun) kimi şüarlar səsləndiriblər.

“İctimai Həmrəylik Uğrunda Mərkəz”in təhlilində deyilir ki, onlar bu aksiya ilə Trans-Sakit Okean əməkdaşlıq sazişinin əleyhinə sevindiklərini göstəriblər.

Bu o sazişdir ki, ABŞ prezidenti seçilən Donald Trump ona qarşıdır və artıq elan edib ki, prezidentliyinin ilk günündə bu sazişi ləğv edəcək.

Elə həmin aksiyada da "Trans-Sakit Okean əməkdaşlıq sazişi rədd olsun” şüarı səsləndirilib.

Təhlildə bildirilir ki, həmkarlar təşkilatlarında təmsil olunanların çoxu adətən seçkilərdə demokrat partiyasına dəstək verirdi, amma maraqlıdır ki, indiki prezident Barak Obamanın prezidentliyi dövründə razılaşdırıdlmış və imzalanmış bu sazişin baş tutmamasına (ölümünə) sevinirlər.

Demokrat partiyasından prezidentliyə keçmiş namizəd Hillary Clintonun özü də əvvəlcə bu sazişi dəstəkləsə də soradan əleyhinə çıxmışdı.

İndi demokrtatların məğlybuyyətindən sonra məlum olur ki, Trampın saziş əleyhinə çıxışları həmkərlar təşkilatlarının üzvü olan bir çox fəhlə və işçinin ürəyinə yol tapa bilib və sən demə Clintonun onlar arasında dəstəyi azmış.

Clintonun Həmkarlar təşkilatlarının işçiləri və üzvləri arasında belə az səs toplaması əslində bir təzatdır.

Çünki Həmkarlar təşkilatlarının rəhbələri seçkiqabağı kampaniyalar zamanı Clintonun namizədliyinin dəstəklənməsinə 10 milyonlarla pul buraxıblar.

Həmkarlar təşkilatlarının özlərinin yaydığı ekzitpolun nəticələrinə görə, HT-ın üzvü olan işçilərin ailələri Clintona 51, Trampa isə 43 faiz səs veriblər.

Halbu ki, bundan əvvəl indiki prezident Barack Obamanın bu ailələr arasında dəstəyi Hillary Clintondan 10 faiz çox idi.

Təhlildə qeyd edilir ki, həmkarlar təşkilatlarının Amerikada təxminən 15 milyon üzvü var və bu o deməkdir ki, 100 minlərlə işçi budəfəki seçkinin mövqeini dəyişərək respublikaçıların namizədinə səs verdi.

Donald Tramp seçkiqabağı kampaniyalar zamanı bildirirdi ki, Trans-Sakit Okean əməkdaşlıq sazişi nəticəsində böyük şirkətlər öz bizneslərini işçi qüvvəsinin daha uçuz olduğu yerlərə köçürə bilərlər.

Nüfuzlu həmkarlar təşkilatlarının bəzi üzvləri bildiriblər ki, Demokrat partiyası fəhlə sinifinə yanaşmasını dəyişməlidir.

Məsələn, Beynəlxalq Yanğınsöndürənlər Asosasiyasının rəhbəri Harold Schaiberger deyib ki, onun təşkilatı 1976-cı ildən bu yana ilk dəfədir ki, nə respublikaçılar, nə də demokratları dəstəkləyib.

Buna səbəbsə təşkilatın üzvləri arasında həddən artıq parçalanma olmasıdır.

Harold Schaiberger deyib ki, onlar ehtiyat ediblər ki, hansısa namizədi dəstəkləsələr bu, təşkilatın içində nifaq sala bilər.

Harold Schaiberger qeyd edib ki, onları narahat edən başqa bir məsələ isə, Demokrat partiyasının istər prezident, istərsə də parlament seçkilərindəki namizədlərinin şhər yerlərində çalışan ağdərili işçilərin ürəyinə yol tapa bilməməsidir.

O hesab edir ki, buna görə də demokratlar prezident və konqresə seçkiləri uduzublar.

Həmkarlar təşkilatlarının rəhbərləri hesab edirlər ki,Demokrat partiyasının namizədləri sıravi işçilərin problemləri ilə daha çox maraqlanmalı, lobbiçilərin dedikləri ilə oturub durmamalıdırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG