Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:06

Hillary Clinton qələbə çalacaqmı?


Hillary Clinton
Hillary Clinton

-

«Bu günlərdə Hillary Clinton uğurla irəliləyir. O, hələ ki, yaxşı nitqlər söyləyir, Demokratların inamını qazanır, Kaliforniyada Bernie Sanders-i kölgədə buraxır və prezident Obama-nın dəstəyini alır. Bəs sonra nə olacaq? O, noyabrda qələbə çala biləcəkmi?».

Bunu «The Washington Post» yazır. Məqalədə deyilir ki, bəzi mütəxəssislərin fikrincə, prezident seçkisinin nəticəsini bir sıra «soyuq faktlar» həll edir - başlıca olaraq, ölkənin iqtisadi vəziyyəti və həmin dövrdə qərar vermədə siyasi gücü daha çox olan partiya təmsilçilərinin sayı: «Bu amillərlə yanaşılsa, Hillary Clinton üçün yaxşı şeylər vəd olunmur. Bunun da sadə səbəbi var: iqtisadiyyat zəif inkişaf edir, xüsusilə, daxili gəlirlərin artım tempi aşağıdır».

CLINTON ÜÇÜN ƏN BÖYÜK PROBLEM

Ancaq Hillary Clinton üçün ən böyük problem partiyasının Ağ Evdə üçüncü müddətə liderliyini qoruyub saxlamaq çətinliyidir. Bu, sonuncu dəfə 28 il əvvəl olub: Ronald Reagan-ı George H.W.Bush əvəzləyib.

Əlbəttə ki, obyektiv görünə bilən başqa amillər də var. Məsələn, ölkə iqtisadiyyatının sağlamlığının necə qiymətləndirilməsi, hərçənd, bu barədə də müxtəlif fərziyyələr var. Bu amil onların (namizədlərin) hansı faktorlara söykənməsindən asılıdır: işsizlik, inflyasiya, yaşayış xərcləri kimi müxtəlif amillər var ki, demokratlara qələbə vədi verir.

Bəzi təhlilçilər seçkinin nəticələrini proqnozlaşdırarkən hazırkı prezidentin reytinqinə də diqqət yetirirlər (Barack Obama-nın reytinqi qalxsa da, o qədər də yüksək səviyyədə deyil).

SORĞULAR SEÇKİNİN NƏTİCƏSİNİ GÖSTƏRƏ BİLİRMİ?

Seçkinin nəbzini göstərən amillərdən birinin də sorğular olduğu hesab edilir. Seçicilərin ovqatını öyrənmək üçün müxtəlif sorğu modelləri var. Seçkinin nəticəsini isə müxtəlif faktorlar təyin edir. Nəticənin necə olacağını qabaqcadan bilmək mümkün deyil. Sorğular adamların iqtisadiyyat, baş verən proseslər, dünyadakı olaylara və bukimi məsələlərə münasibətini öyrənir. Sorğuların nəticələrinə görə, 2016-cı ildə keçiriləcək prezident seçkisini Hillary Clinton qazanacaq.

Bu necə olur? İqtisadi faktlar və sorğulardan qarışıq amillərə diqqət yetirək. Bəzi amillər respublikaçıların xeyrinə işləyirsə, bir çoxu da Hillary Clinton-un qələbəsini nişan verir. Bəzi sorğular 2016-cı ilin Donald Trump-la dəyişəcəyini göstərir.

Sorğu modellərinə əsaslanıb gələcəyi söyləmək səhv olardı, elə oradan yanaşaq ki, bu sorğular respublikaçıların praymerizi haqqında yanlış nəticəni göstərmişdilər.

«BİZ İNSANIQ»

«Bir dəfə mən politologiya, iqtisadiyyat, psixologiyada və kompüter elmlərində yeniliklər edən Nobel mükafatı laureatı Herbert Simon-dan soruşdum ki, sosial elmlər də təbiət elmləri kimi qabaqcadan xəbər verə bilərmi? O dedi ki, xeyr, çünki sosial elmlər düşüncəni öyrənir», - müəllif yazır.

«Biz materiyanın hissəsi deyilik, insanıq. Donald Trump-ın vulqar özünüsevərliyi, patoloji yalançılığı, fanatikliyi, yadları gözü götürməyən kimi xüsusiyyətlərinə görə bir çoxları hesab edirdi ki, o, respublikaçıların vahid namizədi ola bilməz. Demək ki, heç kim əvvəlcədən münəncimlik edə bilməz. Biz yalnız və yalnız hesab edə bilərik».

XS
SM
MD
LG