Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Clinton FTB-dən açıqlama istəyir


ABŞ prezidentliyinə namizəd Hillary Clinton

ABŞ prezidentliyinə namizəd Hillary Clinton

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton Federal Təhqiqatlar Bürosunun onun haqqında “elektron poçt” işi üzrə istintaqın yenidən başlanması səbəbini açıqlamasını istəyib.

Clinton bildirib ki, amerikalılar bi mövzuda bütün həqiqətləri bilməlidir.

Hillary Clinton haqqındakı “elektron poçt” işi üzrə istintaq Clintonun dövlət katibi vəzifəsində işlədiyi dövrü əhatə edir və bir müddət əvvəl yekunlaşmışdı. Ancaq Federal Təhqiqatlar Bürosu işin istintaqını yenidən bərpa edib.

Reuters xəbəri FTB-nin direktoru James Comey-ə istinadən yayıb.

İstintaq bildirir ki, Hillary Clinton 2009-2013-cü illərdə dövlət katibi işlədiyi dövrdə şəxsi serveri vasitəsiylə xidməti və fərdi yazışmalar aparıb. Məxfi xarakterli məlumatların yayılmasına şərait yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG