Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:29

Minsk qrupuna sərt cavab


Hikmət Hacıyev
Hikmət Hacıyev

"ATƏT-in Minsk Qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edir, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və mövcud status kvonun saxlanmasını təmin edir".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev həmsədrlərin noyabrın 12-də verdikləriaçıqlamaya münasibət bildirərkən deyib:

"Açıqlamada həmsədrlər münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia edir və münaqişə tərəfi olan Azərbaycan və Ermənistanın mövqeyi üzrə hakim və ya vəkil olmadıqlarını deyirlər. Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk qrupu həmsədrlərinin AŞPA-nın müvafiq hesabatı və qətnaməsi, habelə digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı fundamental sənədlərinə münasibəti əslində bir daha onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə hazırlığını göstərdi".

Hikmət Hacıyev bildirib ki, həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının icrasını təmin etmələri tələb olunur: "Bu sənədlər, xüsusilə BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri münaqişənin həllinin hüquqi-siyasi əsaslarını təşkil edir".

Hikmət Hacıyev bildirib ki, Minsk Qrupu həmsədrlərinin mandatına dair 23 mart, 1995-ci il tarixli sənədə görə, həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələri, ATƏT-in Budapeşt sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər:

İşğal və təcavüz faktı mövcud olduğu halda, həmsədrlərin münaqişənin həlli ilə bağlı tərəflərin qərar qəbul etməli olması haqqında bəyanatla çıxış etmək məsuliyyətdən qaçmaq və beynəlxalq ictimaiyyətin verdiyi mandat və etimada xilaf çıxmaqdan başqa bir şey deyil. ATƏT-in Minsk Qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edir, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsi və mövcud status kvonun saxlanmasını təmin edir".

Hikmət Hacıyev daha sonra bildirib ki, həmsədrlərin 20 ildən artıq uğursuz fəaliyyətləri, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadı itirmələrindən düzgün nəticə çıxarmalarının vaxtı çoxdan yetişib: "Azərbaycan Respublikası münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək"-deyə o vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG