Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

'Qarabağ mifləri' adlı açıqcalar toplusu çapdan çıxıb


'Qarabağ mifləri' adlı açıqcalar toplusu
'Qarabağ mifləri' adlı açıqcalar toplusu

“Qarabağ tarixi və mədəniyyəti” silsiləsindən növbəti nəşr - “Qarabağ mifləri” azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, nəşr bu qurumun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsidir.

Açıqcalar toplusundan ibarət nəşrdə Qarabağ və yaxınlıqda yerləşən rayonların sakinlərinin dilindən toplanmış əfsanə və rəvayətlər, onların dünyagörüşləri, müxtəlif mifoloji obrazlar əks olunub.

Buna da bax:​ “Basılan kitablar kəsilən pullardan qiymətlidir”

Toplu üzərində AMEA-nın Folklor İnstitutundan İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəzdən İrina Özçoban və Günel Şimşək çalışıblar.

Nəşrin əsas hədəfi Qarabağ ərazisinin və Qarabağla bağlı folklor nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu sübut etməkdir.

Açıqcaların müxtəlif məkanlarda təqdimatı nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG