Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:32

Adı rüşvət qalmaqalında hallanan komitə sədri danışdı


Hicran Hüseynova
Hicran Hüseynova

►“Bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz”.

Bu sözləri APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rüşvət qalmaqalında adının hallanmsı barədə mediada yayılan iddiaları şərh edərkən söyləyib:

“Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib? Jurnalistlərə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vəkillərə demək istəyirəm ki, etikanı qorusunlar. Hansısa adam haqqında bir şey yazanda əvvəlcədən faktları yoxlayıb, sonra yazsınlar. Məncə, heç kim haqqında belə çirkin yazıları yazmaq olmaz”.

Komitə sədri dövlət məmurları haqqında yazılarda xüsusilə diqqətli olmağın vacibliyini ifadə edib.

H. Hüseynova rəhbəri olduğu komitənin külli miqdarda dələduzluqda ittiham olunan və ölkədən gedən keçmiş aparat rəhbəri Səfər İmanovla bağlı da deyib ki, hazırda istintaq, araşdırma gedir. İstintaq bitəndə hər şey məlum olacaq.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Adıçəkilən komitənin keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur. Vətəndaş Eynur Kərimov S.İmanovun icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını iddia edir. S. İmanovun mülklərini satıb Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyi bildirilir. E. Kərimovun vəkil mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri H. Hüseynovanın adını da hallandırmışdı.

Dələduzluqda ittiham olunan S. İmanov, onun yaxınları qalmaqalla bağlı heç bir açıqlama verməyiblər.

XS
SM
MD
LG