Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Keçmiş Aparat rəhbərinə ittihamlar ciddiləşir


Baş Prokurorluq
Baş Prokurorluq

-

Baş Prokurorluğun mətbuat xidməti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbərinin işi ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, keçmiş Aparat rəhbərinin işə düzəltmək adı ilə vətəndaşdan külli miqdarda pul alması ilə bağlı müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə iş başlanıb.

Məlumatda deyilir ki, keçmiş Aparat rəhbəri Səfər İmanovun vətəndaş Eynur Kərimovu aldadaraq 170 min dollar pulunu ələ keçirməsi ilə bağlı şübhələrə istintaqda əsaslar yaranıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Səfər İmanovun hazırda Azərbaycanda olmadığı, onun ölkəni tərk etdiyi bildirilirdi. O, ittihamların səsləndiyi bu müddət ərzində hər hansı bir açıqlama verməyib.

Eynur Kərimovun vəkili isə KİV-ə müsahibələrində bildirmişdi ki, həmin məsələdən Komitənin sədri Hicran Hüseynovanın da xəbəri olub. Ancaq Komitə sədri ona qarşı ittihamları böhtan adlandırmışdı. «Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbəttə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib», - H.Hüseynova demişdi.

XS
SM
MD
LG