Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:35

«Hicaba görə polisə əl qaldırırsa, cəzasını almalıdır»


Təhsil nazirliyinin qarşısında «Hicab aksiyası», Bakı, 10Dec2010
Təhsil nazirliyinin qarşısında «Hicab aksiyası», Bakı, 10Dec2010

-

«SADƏCƏ ONLARA XOŞ GƏLMİR»

«Azərbaycanda olan dini nümunə heç yerdə yoxdur. Sadəcə, bu, onlara xoş gəlmir». Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) illik hesabatında Azərbaycanla bağlı tənqidi məqamlardan danışarkən belə deyir. O, tənqidlərin heç birini qəbul etmir.

Hesabat müəllifləri Azərbaycan hökumətinə bəzi tövsiyələr verirlər. Həmin tövsiyələr dini qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, dinc dini fəaliyyətlə məşğul olanların azadlığa buraxılmasıyla bağlıdır. Eyni zamanda, sənəddə dini qrupların qeydiyyat tələbinə də münasibət bildirilir. Hesabat müəllifləri hesab edirlər ki, həmin tələb dini qurumların işinə əngəldir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə tədbirdə olduğu üçün hesabata münasibət açıqlaya bilməyəcəyini söylədi.

Deputat Tahir Kərimli isə hesabatda deyilənlərin həqiqəti əks etdirmədiyini düşünür. Onun sözlərinə görə, sənəd müəllifləri düzgün məlumatlandırılmayıb. Deputat dünyada «ən yaxşı dini mühitin» Azərbaycanda olması qənaətindədir.

«Azərbaycanda tolerant mühit var, bütün dinlər sərbəst fəaliyyət göstərir. Hətta deyərdim ki, islam dinindən çox başqa dinlərə hörmət qoyulur. Bu halda həmin hesabatın nəyə əsaslandığını demək də çətindir. Doğrudur, bəzən qanundankənar missioner cəmiyyətlərin fəaliyyətinə qadağa qoyulur, çünki bu, dindən uzaq fəaliyyətdir, bəzən də kommersiya fəaliyyətidir. Onlara xəbərdarlıq edilir, qeydiyyata alınmır», - deputat deyir.

Deputat Tahir Kərimli
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00
Direct-ə keçid

Tahir Kərimli bəzən belə qurumların «ənənəvi dinlərin, dövlətlərarası və dinlərarası münasibətlərin yaxşılığına deyil», ziddinə fəaliyyət göstərdiyini də düşünür.

«TALE BAĞIRZADƏYƏ HÖRMƏTİM VAR, AMMA...»

Hesabatda dini baxışlarına görə həbs edilənlərdən də bəhs olunur. Hətta 40 müsəlmanın adı təqdim edilir. Deputat deyir ki, Azərbaycanda dini baxışlarına görə kiminsə sıxışdırılması faktını xatırlamır.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli

«Sadəcə olaraq, dindən istifadə edən terrorçu, radikal qruplar, məsələn, İŞİD-lə əməkdaşlıq edən qruplar və ya vəhhabiliyə yaxın daha radikal qruplar var. Onlar Azərbaycanın qanunlarını pozurlar, beynəlxalq hüququ pozurlar deyə, tədbirlər görülür. Həmin qruplar dini fəaliyyətə görə yox, dindən istifadə edərək ekstremist işlərlə məşğul olduqlarından məsuliyyətə cəlb edilirlər», - Kərimli söyləyir.

O, hesabatda adıçəkilən, ötən il Nardaranda polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan, «Müsəlman Birliyi Hərəkatı»nın lideri Tale Bağırzadənin və ya hicab qadağasına etiraz edənlərin həbsinə də toxunub:

«Allah onların qapısını açsın. Arzu edərəm ki, ədalət mühakiməsinin gedişində onlarla bağlı işlər görülsün. Tale Bağırzadəyə hörmətim var. Amma

«Müsəlman Birliyi Hərəkatı»nın lideri Tale Bağırzadə
«Müsəlman Birliyi Hərəkatı»nın lideri Tale Bağırzadə

açıq deyək, o bilirdi ki, axtarışdadır, ehtiyac vardımı Nardaran getsin və orda elə hadisələr baş versin? Ona görə hesab edirəm ki, dini cərəyanların nümayəndələri ehtiyatlı davranmalı, qanunlara hörmət etməlidirlər».

QANUNVERİCİLİK DƏYİŞİR?

O ki qaldı, qurumun qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması barədə tövsiyəyə, deputat bu yöndə bəzi təkmilləşdirmə aparılmasını da istisna etmir. «Bildiyimə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də bu istiqamətdə işlər gedir».

«HİCABA GÖRƏ POLİSƏ ƏL QALDIRIRSA, CƏZASINI ALMALIDIR»

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev də hesabatdakı tənqidləri rədd edir. O deyir: «Özlərində olanları bizdə axtarmasınlar. Orda başqa dinlər sıxışdırılır, islamafobiya da ordadır. Bundan başqa, tələbləri nədir? Öz ölkələrində qadağan olunan dini cərəyanların burda fəaliyyətini istəyirlər. Bu düzgün deyil, axı».

Salman Musayev hesabatda həbslərlə bağlı deyilənlərəsə belə münasibət bildirib: «Hicaba qadağaya etiraz edənlər dövlətin hüquq mühafizə orqanlarının əməkdaşlarına əl qaldırırsa, onların tələbinə qarşı çıxırsa, əlbəttə, cəzasını çəkməlidir. Dövlətçiliyə qarşı çıxırlarsa, həbs ediləcəklər».

Azərbaycan hesabatda «ikinci dərəcəli» ölkələr sırasına salınıb. Qeyd olunur ki, bu ölkələrdə din azadlığının pozulma halları tez-tez monitorinq aparılmasını qaçılmaz edir. Azərbaycan artıq bir neçə ildir ki, ardı-arda bu siyahıdadır.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Sumqayıt polisində döyülüb, öldürüldü- [video görüntülər]

XS
SM
MD
LG