Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:37

Gənclərin səhhəti yaxşılaşır: "İrin sorulur"


Bayram Məmmədov və Qiyas İbrahimov
Bayram Məmmədov və Qiyas İbrahimov

►"Onlar ekspertə işgəncə barədə ətraflı izahat veriblər. Daha sonra onları müayinə ediblər"

"Hər iki gənc Xədicə İsmayılın həbsdən azad olunmasına sevindiklərini bildirdilər və xahiş ediblər ki, təbriklərini çatdırım".

Mayın 26-Bakı Apellyasiya Məhkəməsində gənc fəallar Qiyas İbrahimov Bayram Məmmədovun barəsində həbs qərarının ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəzlənməsinə dair şikayətlərə baxılıb.

Xətai Rayon Məhkəməsi mayın 20-də çıxardığı qərarlarla hər iki gənclə bağlı qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti təmin etməmişdi. Həmin qərarlardan da apellyasiya şikayəti verilib.

Apellyasiya məhkəməsində qapalı keçirilən prosesdə gənclərin özləri də iştirak edib.

“ONLARI MÜAYİNƏ EDİBLƏR”

Məhkəmədən sonra fəalların vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayətlərinin heç biri təmin olunmayıb.

Vəkil məhkəmənin qərarını alandan sonra Qiyas İbrahimov və Bayram Məmmədov barəsində həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərəcək:

"Biz artıq həbs qərarı ilə əlaqədar ölkədaxili müdafiə vasitələrini tükəndirdik. Ona görə də növbəti addım Avropa Məhkəməsinə müraciət olacaq".

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Vəkil onu da bildirib ki, işgəncə şikayətlərilə əlaqədar bu gün (mayın 26-da) prokurorluğun qərarı əsasında hər iki gənc ekspertizadan keçirilib:

"Onlar ekspertə işgəncə barədə ətraflı izahat veriblər. Daha sonra onları müayinə ediblər".

Gənclər müdafiəçiləri vasitəsilə mayın 25-də həbsdən buraxılan araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıla mesaj da göndəriblər:

"Hər iki gənc Xədicə İsmayılın həbsdən azad olunmasına sevindiklərini bildirdilər və xahiş ediblər ki, təbriklərini çatdırım".

“İRİN TƏDRİCƏN SOVRULUR”

Qiyas İbrahimov və Bayram Məmmədovun sağlıq durumuna gəlincə, vəkil deyir ki, vəziyyətləri nisbətən yaxşılaşıb:

"Ağrıları bir xeyli azalıb. Bayramın əlindəki irin tədricən sovrulur".

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar. Gənclər polisdə işgəncələrə məruz qaldıqlarını deyirlər, hüquq-mühafizə orqanları bunu təkzib edir.

XS
SM
MD
LG