Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

"Heykəldən üzr istəyin, sizi buraxaq!”


Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar – Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar – Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib

►“Hakimiyyət fikirləşir ki, bu hərəkət ciddi cəzalandırılmalıdır. Əks halda, yeniləri ortaya çıxa bilər”

Müxalifət partiyaları gəncləri azad etməyə çağırdı

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar – Bayram Məmmədovla Qiyas İbrahimov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Gənclər qanunsuz narkotik dövriyyəsində ittiham olunurlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin hər birinin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ölkədə baş verən xəbərləri - Youtube Kanalımızda izlə

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Heykəl yazılandan sonra yoxa çıxmışdılar

Hər iki gənc iki gün idi yoxa çıxmışdı. NİDA Vətəndaş Hərəkatı bildirmişdi ki, Bayram Məmmədovla Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanılıblar.

Sosial şəbəkələrdə yayılan fotolarda heykəlin postamentində iki tərəfdən ağ boya ilə “Qul bayramınız mübarək” və “F... the system!” yazılmışdı. Səhəri gün yazılanlar silinmişdi.

Vəkil Elçin Sadıqov isə yoxa çıxan gəncləri mayın 12-də səhər Nərimanov rayon polis idarəsindən tapıb. Vəkil onları müvəqqəti saxlama yerini məcburən süpürən görüb:

“Onları müvəqqəti saxlama yerinin həyətini süpürməyə məcbur edirdilər. Üzlərindən görünürdü ki, onları çox qorxudurlar”.

Çəkiliş qarşısında üzr istəyin

Bundan sonra polis vəkili həyətdən çıxarıb. Xətai rayon məhkəməsində isə Bayram Məmmədov deyib ki, polis idarəsində hər ikisinə işgəncə verilib. Vəkil deyir ki, onlara işgəncə altında ittihama qol çəkdiriblər. Həm də Heydər Əliyevin heykəlindən üzr istəməyi tələb ediblər:

“Bayram Məmmədov məhkəmədə dedi ki, hər ikisindən heykəl qarşısında üzr üstəməyi tələb ediblər. Deyiblər ki, “çəkiliş qarşısında heykəldən üzr istəyin, bundan sonra sizi buraxaq””.

Qiyas İbrahimovun yaxınları hələlik mediaya danışmaq istəmədiklərini bildiriblər. Bayram Məmmədovun atası Fərman Məmmədov isə bildirdi ki, evdə axtarış aparanda onların iştirakına imkan verməyiblər:

“Əvvəlcə tutub özünü aparıblar, sonra da gətirəndə bizi içəri girməyə qoymadılar”.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəallara 4 aylıq həbs- [Video]
Prezident vəzifəsindən kənarlaşdırıldı

____________________________________________________________

"Növbədənkənar həbs"

Üzeyir Məmmədli

Üzeyir Məmmədli

İctimai fəal Üzeyir Məmmədli deyir ki, martda prezidentin əfv fərmanı ilə 14 ictimai fəalın azadlığa çıxmasından sonra yeni siyasi həbsləri gözləmirmiş. Onun fikrincə, bu iki gəncin həbsi növbədənkənar olub:

“Gənclərin o hərəkəti edib-etmədiyini bilmirəm. Polis güman edir ki, ediblər. Hakmiyyətin baxışından yanaşsaq, onlar bu hərəkəti cəzasız qoya bilməzdilər. Bunun da sınanmış bir metodu var – narkotika. Yeni heç nə ixtira etməyə ehtiyac duymurlar. Ənənəvi metoddan istifadə edirlər. Hakimiyyət fikirləşir ki, bu hərəkət ciddi cəzalandırılmalıdır. Əks halda, yeniləri ortaya çıxa bilər”.

DİN: Polisdə heç kimə işgəncə verilmir

Polisin işgəncə verməsi haqqında deyilənləri Daxili İşlər Nazirliyi təkzib eləyir. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, bu, özünümüdafiə üçün ortaya atılmış fikirdir:

“Polisdə, ümumiyyətlə, heç kimə işgəncə verilmir. Bu haqda deyilənlər hamısı əsassız söhbətlərdir. Polis idarəsində heç kimə işgəncə verilə bilməz. İdarələrdəki həm texniki avadanlıq, həm nazirlyin, prokurorluğun, ombudsmanın, vətəndaş cəmiyyəti institutlarının nəzarəti o dərəcədə güclüdür ki, deyilənlərin baş verməsi praktiki cəhətdən mümkün deyil. Bu deyilənlər özünümüdafiənin tərkib hissəsidir”.

Müdafiə tərəfi məhkəmənin qərarından apelyasiya şikayəti verəcək.

Müxalif siyasi partiyalar gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun azadlığa buraxılmasını tələb edirlər.

Əli Kərimli: Gənclərə azadlıq tələb edirik

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli öz facebook səhifəsində “gənclərə azadlıq tələb edirik” yazıb. O, gənc fəalların saxlanmasının, bununla bağlı bilgilərin məhkəməyədək gizli tutulmasının “hüquqların növbəti dəfə ayaq altında tapdanılması” kimi dəyərləndirib .

Müsavat Partiyası isə gənc fəalların həbsi ilə bağlı bəyanatında qeyd edir ki, hakimiyyətin əməlləri ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur.

Müsavat rəhbərliyi necə düşünür?

Bəyanat müəllifləri hər iki gəncin əvvəlcə yoxa çıxmasını, daha sonra isə narkotikə ittihamı ilə həbs edilməsini qəribə hesab edirlər.

“Həbsin bir abidənin postamentində yazılmış şüarla bağlı olduğunu düşünmək üçün əsas var”, deyə bəyanatda bildirilir.

Bu il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günündə ənənəvi Gül Bayramı təxirə salındı. Bakı şəhər İcra Hakimiyyəti bu addımı aprelin əvvəlində cəbhə bölgəsindəki toqquşmalarda həlak olmuş hərbçilərin ruhuna hörmət ilə bağlayırdı. Hər il Gül Bayramına milyonların xərclənməsi müxalifət, müstəqil iqtisadçılar tərəfindən ciddi tənqid olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG